Azərbaycanda "Diqqət, uşaqlar!" adı altında təhlükəsizlik aylığı keçiriləcək
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin rəhbərliyinin göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar keçiriləcək təhlükəsizlik aylığı sentyabr ayının 10-dan oktyabrın 10-dək davam edəcək.
Məlumatda qeyd olunur ki, tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması...
“Təmiz Şəhər”in təşkilatçılığı ilə uşaqlar Böyükşor bulvarında gül əkib
Ötən həftə sonu onlarla uşaq Böyükşor bulvarında gül-çiçək əkib. Onlar “Təmiz Şəhər” ASC və “Parks&Gardens” jurnalının təşkil etdiyi “Gül kimi” aksiyasına qoşulmaqla həm vaxtlarını səmərəli keçiriblər, həm təbiətə qulluq etməyi öyrəniblər.
“Təmiz Şəhər” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, mütəxəssislər 2 gün boyunca uşaqlara gül əkmək, ona qulluq etmək qaydalarını öyrədiblər. Çiçək ləkləri və bağ avadanlıqları ilə təchiz olunan uşaqlar bulvarda gül əkib və onları sulayıblar. Balacalar bundan sonra da istədikləri zaman Böyükşor bulvarına gedib həmin güllərə qulluq edə bilərlər...
"Yurdum, yuvam, məskənimsən-Azərbaycanım!" layihəsi çərçivəsində növbəti konsert proqramı
“Addım” Gənclər Təşkilatı və Gənclər üçün Təhsil Mərkəzi yeni tədris ili ərəfəsində Lənkəran Mədəniyyət Mərkəzinin həyata keçirdiyi "Yurdum, yuvam, məskənimsən-Azərbaycanım!" adlı layihəyə qatılıb. AZƏRTAC xəbər verir ki, Lənkəran rayonunun yaşayış məntəqələrində həyata keçirilən layihənin məqsədi milli-mədəniyyət nümunələrimizi təbliğ etmək və gənclərdə vətənpərvərlik hissini daha da gücləndirməkdir.
Layihə çərçivəsində növbəti tədbir Lənkəran rayonunun Nərimanabad qəsəbəsində və Şağlaser kəndində təşkil olunub. Tədbirdə Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin...
Yeni dərs ilinə hazırlıq işləri yekunlaşır
Azərbaycan Respublikası Təhsil Nazirliyinin verdiyi məlumata görə, 2015/2016-cı tədris ilinə ölkənin ümumtəhsil məktəblərinin IV,VI və VIII sinifləri üçün dövlət vəsaiti hesabına 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.Bundan IV və VI siniflər üçün 71 adda 2033290 nüsxə dərslik və müəllim üçün metodik vəsait artıq yerlərə çatdırılıb. VIII siniflər üçün hazırlanmış 70 adda (2062080 nüsxə) yeni dərslik və müəllim üçün metodik vəsaitin isə yerlərə göndərilməsi prosesi davam edir.
Bundan əlavə, bir il öncədən 2016/2017-ci tədris ilinə ümumtəhsil məktəblərinin IX sinifləri üçün kurikulum əsasında 70 adda dərslik və müəllim üçün metodik vəsaitin hazırlanmasına (nəşrinə) dair 22 lot üzrə açıq tender elan olunub. Müsabiqənin oktyabrın sonunda yekunlaşdırılması nəzərdə tutulur.
Sülh naminə əməkdaşlıq-hamı üçün şərəfdir.
1981-ci ildə 36/67 saylı qətnamə ilə BMT-nin Baş Assambleyası Beynəlxalq Sülh Gününü təsis etmişdir. Bu sənədə görə sentyabr ayının hər üçüncü çərşənbə axşamı, Baş Assambleyanın açılış günü rəsmi olaraq Beynəlxalq Sülh Gününə həsr edilir və qetd edilir. İlk Beynəlxalq Sülh Günü 1982-ci ilin sentyabr ayında qeyd edilmişdir. 2001-ci ildə isə Baş Assambleya yekdilliklə Beynəlxalq Sülh Gününün 2002-ci ildən hər il sentyabr ayının 21 tarixindən zorakılıq və atəşkəs günü kimi qeyd olunmasına dair 55/282 saylı qətnamə qəbul etmişdir.
Bütün ölkələr və xalqlara həmin Gün hərbi əməliyyatların dayandırılması və ya sülhə həsr olunmuş təhsil və ictimai məlumatlandırıcı aksiyaların keçirilməsi təklif olunmuşdur. Bu il Beynəlxalq Sülh Günü cəmiyyətin bütün təbəqələrinin sülh naminə birgə fəaliyyətinin vacibliyini nəzərə çarpdırmaq məqsədilə “Sülh naminə əməkdaşlıq-hamı üçün şərəfdir” mövzusuna həsr edilmişdir.
“Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsi elan edildi
Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan hüquqları, demokratiya və sülh problemləri üzrə YUNESKO mərkəzi ilə birgə YUNESKO-nun 70 illik yubileyi münasibətilə ümumtəhsil və internat məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsi təşkil edir.
Müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin diqqətini 21 sentyabr tarixində keçiriləcək Beynəlxalq Sülh Gününə cəlb etmək, onlarda qeyri-zorakılıq, sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik uşaqları üzə çıxarmaq və...