Çərşənbə axşamı, 21 May 2019 14:13
Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
ELS Müstəqil Araşdırmalar Mərkəzi yeni layihəyə başlayıb
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsinə start verib. Layihə çərçivəsində iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyinin keçirilməsi planlaşdırılır.
Materialın kateqoriyası
Xəbərlər