Çərşənbə, 04 Mart 2020 10:09
Tbilisidə “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olub
Martın 3-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olub. Bu, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasının istehsal etdiyi, Mirzə Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş sənədli filmin xaricdə ilk premyerasıdır.
Materialın kateqoriyası
Xəbərlər