Səhifəni çap et
Bazar ertəsi, 21 Noyabr 2011 10:04

CULFA RAYON TEXNİKİ YARADICILIQ MƏRKƏZİ

CULFA RAYON TEXNİKİ YARADICILIQ MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikasi Təhsil Nazirliyinin tabeliyində

 

Ünvan: Culfa şəhəri, Heydər Əliyev prospekti

Telefon: (036) 46-20-43

 

Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzi 1991-ci ildən Culfa Rayon Gənc Texniklər Stansiyası, 1998-ci ildən isə Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzi kimi fəaliyyət göstərir.

Mərkəzin əsas fəaliyyət istiqaməti rayonun müxtəlif məktəblərində təhsil alan şagirdlərin qabiliyyətini üzə çıxarmaq, onların asudə vaxtlarının səmərəli təşkil etməkdir.

Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri dəfələrlə Naxçıvan şəhərində keçirilən aviomodel, radiotexnika, gəmiqayırma, bacarıqlı əllər və s. müsabiqələrdə fəal iştirak edərək I yerlərin sahibi olmuş, keçirilən müsabiqələrdə fərqlənərək Naxçıvan MR Təhsil Nazirliyinin diplomları ilə təltif edilmişlər.

Oxunub 4604 dəfə