Səhifəni çap et
Bazar ertəsi, 21 Noyabr 2011 10:00

BABƏK RAYON EKOLOJİ TƏRBİYƏ MƏRKƏZİ

BABƏK RAYON EKOLOJİ TƏRBİYƏ MƏRKƏZİ

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində


Ünvan: Babək rayonu, Babək qəsəbəsi

Telefon: (050) 544-72-02


Mərkəz 1988-ci ildə Gənc Təbiətçilər Stansiyası kimi fəaliyyətə başlamışdır. 1992-ci ildən isə Ekoloji Tərbiyə Mərkəzi kimi öz fəaliyyətini davam etdirmişdir.

Mərkəzin əsas vəzifəsi uşaq və yeniyetmələri doğma Azərbaycanımız, onun füsunkar təbiəti və ekologiyası haqqında məlumatlandırmaq, onlarda doğma yurdumuzun təbii sərvətlərini göz bəbəyi kimi qorumaq hissləri aşılamaq, şagirdlərin asudə vaxtlarının keçirmələri üçün MR-nın dağ və düzənliklərinə ekskursiyalar təşkil etmək, dərman bitkilərini toplamaq, onlardan istifadə qaydalarını öyrənməkdir.

Mərkəz şagirdlərin asudə vaxtlarının səmərəli şəkildə təşkili məqsədi ilə bir sıra tədbirlər keçirir, həmçinin Azərbaycan məktəblərinin rəsm müsabiqələrində iştirak edir.

Oxunub 3531 dəfə