Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« February 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28      

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 19 Noyabr 2011 22:34

Aləmzər Əlizadə

ALƏMZƏR ƏLİZADƏ

(1950)

 

MƏN KÜSMÜŞƏM

Mən küsmüşəm anamdan,

O getmədi yanımdan.

Yağır dümağ, dümağ qar

Qoymadı yeyəm ondan.

Mən anamdan küsən tək

Çəkməm mənlə dalaşdı.

Bağını çəkdim bərk-bərk,

Açılmadı, dolaşdı.

Donuma nə dedilər

Baxmır mənim sözümə.

Çalışıram nə qədər,

Geyilir tərs üzünə.

Mən küsmüşəm anamdan,

Qoy gedim yatım bir az.

Qırmızı, güllü yorğan,

Mənlə küsməz, dalaşmaz.

Yorğanım, ört üstümü,

Yorğanım, ört üstümü,

Ayağım açıq qalır─

Sən də məndən küsdünmü

Gedim görüm anamı,

Danışdırım anamı:

Qar yemək istəmirəm

Mənlə barışsın hamı!

 

DEYƏCƏM

Ay telefon, nə oldu,

Yenə susmusan bu gün?

Darıxıram atamçün,

Darıxıram anamçün.

Özün məni səslədin,

O gün gecə danışdım.

Mən atamla, anamla

Gördün necə danışdım...

Susma, səslən, telefon,

Sən kimi gözləyirsən?

Bəlkə sən atamgilin

Səsini gizləyirsən?

Onlar da darıxırlar

Mənimlə danışmaqçün.

Hamısını deyəcəm,

Atamgil gəlsin bu gün...

 

 

 

 

 

 

 

 

 

BOYUM UZANIB

Bir səhər gəzə-gəzə,

Çıxdıq çiçəkli düzə.

Sarı boyçiçəyini

Nənəm göstərdi bizə.

Söylədi: ─Bu çiçəyin,

Yaman gözəl ətri var.

Hər kim dərib qoxlasa,

Onun boyu uzanar.

Mən də dəstə bağladım,

Evimizdə saxladım.

Boyum uzansın deyə,

Axşam-səhər qoxladım.

Biləsiz, belə yaxşı,

Ətirli çiçək olmaz.

Axı, deyəsən mənim.

Boyum uzanıb bir az...

 

 

 

 

 

 

 

 

 

BACIMIN KİTABI

"Əlifba" kitabını

Evdə qoymuşdu bacım.

İstədim ki, götürüb

Onun dalınca qaçım.

Sonra fikirləşdim mən,

Gedib dərsə girərəm,

Dərs soruşarlar birdən,

Bəs nə cavab verərəm?...

 

MƏNİ GÖRDÜMÜ

Oxuyub-oynayırdı

Televizorda bacım.

Qəşəng idi paltarı,

Sığallı idi saçı.

Ekranın qabağında

Yaman sevincək idim.

Görən məni gördümü,

Ona əl də elədim...

 

QUZUMUN QOTAZI

Quzumuzun boynunda,

Ağ qotazı qoşadı.

Elə zərif, qəşəngdir,

Ağ muncuğa oxşadı.

Bərk bitişib boynuna,

Əl ilə yoxlanmır o.

Bacımın muncuğu tək,

Açılıb-bağlanmır o.

YAĞIŞ KƏSƏR

Yağış yağır,

Hava təmiz,

Göy açıq.

Nənəm dedi:

- Yağışdan tut

Göyə çıx.

İnandı bu

Sözə Lalə.

Nənəmə tez

Dedi belə:

- Heç yağışdan

Tutub göyə

Çıxmaq olar?

Yağış kəsər

Adam yarı

Yolda qalar.

ƏNCİR

Ləzzətlə əncir yedim,

İçi şirəylə dolu.

Elə bil ki, ağacda

Qalıb mürəbbə olub.

Oxunub 8575 dəfə