Səhifəni çap et
Bazar ertəsi, 03 Sentyabr 2012 07:17

GƏL, GƏL, A YAZ GÜNLƏRİ

MiRZƏ ƏLƏKBƏR SABİR

GƏL, GƏL, A YAZ GÜNLƏRİ

Gəl, gəl, a yaz günləri,

İlin əziz günləri.

Dağda ərit qarları,

Bağda ərit qarları.

Çaylar daşıb sel olsun,

Taxıllar tel-tel olsun.

Ağaclar açsın çiçək,

Yarpağı ləçək-ləçək.

Oxunub 23221 dəfə