Səhifəni çap et
Çərşənbə axşamı, 23 Oktyabr 2012 07:18

Karusel

SAMUİL MARŞAK

Karusel

(Tərcüməçi İsa İsmayılzadə)

 

Nəhəng çadır altında

Dalbadal atlar keçir,

Qızıl yüyənlər keçir,

Qızıl qanadlar keçir.

 

Qızlar xizək üstündə,

Oğlanlar at üstündə,

Xizəyi qovhaqovda,

О qızların qəsdində.

 

Naxış-naxış xizəklər

Işıldar işım-işım.

Oğlanların atları –

Bozumtul, ya qaraşın.

-     Qamçılayıb atları

-     Xizəklərə çatarıq!

-     Vurmayın atları, siz,

-     Yox... çata bilməzsiniz!

Rəngbərəng fanarların

Altında cıdıra bax!

İgidlər qovhaqovda,

Titrəyən çadıra bax!

 

Evlər necə fırlanar,

Keçə-keçə fırlanar –

Coşqun seldi elə bil.

Meydan özü fırlanır –

Karuseldi elə bil.

 

Oxunub 7657 dəfə