Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 10:52

TÜLKÜ VƏ ÜZÜM

İvan Andreyeviç Krılov

TÜLKÜ VƏ ÜZÜM

Tərcümə edəni Abdulla Şaiq

 

Acmış bir tülkü girdi bir bağa,

Dolaşdı о bağı başdan-ayağa.

Boylandı, həsrətlə baxdı hər yana,

Qızarmış salxımlar az qalır yana.

Hər salxım bir düzüm yaquta bənzər,

İtirdi özünü, oynadı gözlər.

Salxımlar ucadır, çatmayır əli

Vurnuxur,  çırpınır,  ah, nə etməli?

Nə çıxsın ki, gəlmiş üzüm xoşuna,

Bir saat dolaşdı bağı boşuna.

Gedirkən həsrətlə dedi:

- Üzümlər,

Uzaqdan gözəldir aldanır nəzər.

Baxsana, dəyməmiş gömgöy qoradır,

Yeyilmək zamanı onun sonradır.

Oxunub 9297 dəfə