Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 10:52

TRİŞKANIN XALATI

İvan Andreyeviç Krılov

TRİŞKANIN XALATI

Tərcümə edəni Abdulla Şaiq

 

TrişkanIN xalatı yırtıldı dirsəyindən,

Dedi: - Çətin iş deyil, onu düzəldərəm mən!

Qollarından bir qarış kəsib saldı dirsəyə.

Dedi: - Yamaq da olsa, indi yarar geyməyə.

Dirsək örtüldü, ancaq, açıqda qaldı qollar,

Bununçün dərd çəkməyə yaramaz, nə eybi var!

Yaxın-uzaq, dost-düşmən ona gülürdü, ancaq,

Bunu görüb Trişka dedi: - Deyiləm axmaq.

Düzəldərəm bunu da, gözəl tədbir tökərəm,

Əvvəlkindən də uzun, enli qollar tikərəm!

Trişkanı qorxutmaz yamaq qol, yamaq dirsək!

Xalatın ön və arxa ətəyini kəsərək, Qollarına yamadı.

Xalat oldu arxalıq, Baxmayaraq gödəkdir, sevinirdi o, artıq.

Həyatda çox görmüşəm Trişkatək adamlar,

Dolaşanda işləri düzəltməyə can atar.

Trişkanın xalatı ilişər əllərinə,

Görərsən göz çıxarır qaş qayırmaq yerinə.

Oxunub 8328 dəfə