Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 09:49

SIĞIRÇIN VƏ GÖYƏRÇİN

İvan Andreyeviç Krılov

SIĞIRÇIN VƏ GÖYƏRÇİN

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Tələyə düşmüşdü bir gün Sığırçın,

Çırpınırdı yazıq xilas olmaqçın.

Göz yumub fağırın bu məlalına,

Gülürdü Göyərçin ağır halına.

Deyirdi: - Bir utan, qızar işindən,

Tələyə düşmüsən gündüz vaxtı sən.

Cürətlə söyləyə bilərəm heç kəs

Məni sənin kimi aldada bilməz.

Bu sözü söyləyib bitirməmişdi,

Ansızın özü də tələyə düşdü.

Doğru deyiblər ki, gülmə qonşuna,

Əzizim, sənin də gələr başma.

Oxunub 8814 dəfə