Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 10:48

SİÇAN VƏ KƏSƏYƏN

 

İvan Andreyeviç Krılov

SİÇAN VƏ KƏSƏYƏN

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Qaçıb Kəsəyənə söylədi Siçan:

-Şad xəbər almışam bu gün, qonşucan

Pişik pəncəsinə keçmişdir Şirin.

Bu xəbər bizimçün nə qədər şirin!

Canımız pişikdən qurtarar bizim.

-Gəl belə sözlərə uyma, əzizim!

Pişikdən qüvvətli kimdi dünyada,

Aslanın ömrünü о verər bada.

Bu çox sınanmışdır, aləmdə qorxaq,

Qorxduğunu güclü düşünər, ancaq.

Oxunub 8546 dəfə