Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 09:45

ŞƏLALƏ VƏ BULAQ

İvan Andreyeviç Krılov

ŞƏLALƏ VƏ BULAQ

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Coşub qayalıqdan axır şəlalə,

Bulağa xor gözlə baxır şəlalə.

Bulaq dağda güclə seçilir... fəqət,

Əlacdır xəstəyə о verir qüvvət.

Şəlalə qürurla deyir: - Ay Bulaq,

Az suyunla olur səndə çox qonaq!

Mənə tamaşaya gəlir insanlar,

Bəs səni görməkdə, söylə, nə sirr var?

Bulaq sakit-sakit axıb keçərkən

Deyir: -Xəstələrin dərmanıyam mən!

görmədim, dostum, görmədim!

Oxunub 8636 dəfə