Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 10:37

QURD VƏ TÜLKÜ

İvan Andreyeviç Krılov

QURD VƏ TÜLKÜ

Tərcümə edəni Hikmət Ziya

 

О şeyi çox həvəslə bağışlayınq ki, biz,

Deyildir gərəyimiz.

Bunu təmsillə izah eləmək gərək,

Üstüörtülü sözdən

Daha üstündür hökmən,

Həqiqəti söyləmək.

 

Tülkü girib hinlərə, yedi-içdi doyunca

Ehtiyat da topladı komasına bolluca,

Uzandı taya altda mürgüləsin bir azca,

Gördü ki, ac qurd gəlir sürünərək yavaşca,

Qurd yaxın gəlib dedi:

"Kirvə, görmə bu dərdi!

Əlimə bir sümük də keçirə bilməmişəm,

Bilmirəm necə olub,

Acından ölməmişəm;

Köpəklər quduz, yatmır, sayıqdır çoban,

Gəldim özümü boğam!"

"Yox a?" "Doğru sözümdür".

"Eh, yazıq kirvəciyim!

Sənə kömək eləyim:

Bəlkə meylin ot çəkir, bax, bir taya otum var".

Qurdun isə yediyi ot ki, olmaz, ət olar!

Tülkü ehtiyatından

Heç söz açmadı bu an.

Kirvəsi tərəfindən

Bir xeyli əzizlənən

Boz cəngavərim mənim.

Yeməksiz öz evinə süründü qəmgin-qəmgin.

Oxunub 9236 dəfə