Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 10:36

QURBAĞA VƏ YUPITER

İvan Andreyeviç Krılov

QURBAĞA VƏ YUPITER

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Keçmişdə bir Qur-qur vardı,

Bataqlıqda yaşayardı.

Yaz zamanı bu qurbağa,

Köçdü getdi, yüksək dağa.

Dağ başı çox kölgəlikdi,

Qur-qur burda yuva tikdi.

Xoş keçindi yüksək dağda,

Cənnət kimi xoş yaylaqda.

Çox sürmədi bu dövranı,

Gəldi çatdı yay zamanı.

Günəş alov saçdı göydən,

Qurudu bu nohur, çəmən.

Qur-qur qaldı quru yerdə,

Düşdü böyük qəmə, dərdə.

Dedi: - Rəhm et, mənə Allah,

Yer üzünə göndər bəla.

Qurumasın bu batağım,

Yaşıl yurdum, xoş yatağım.

Qurbağanın bəd duası,

Baş tutmadı oldu ası.

Üz döndərdi Yupiterdən,

Dedi: - Yaman zalımsan sən!

Yupiter də gəlib dilə (Ona dedi sakitliklə)

-Ay ağılsız, axmaq Qur-qur!

Qırıldama bir düşün, dur,

Heç dəyərmi, sənə görə

Bəla nazil edim yerə,

İnsanları boğum suda.

Sən bataqda qal asuda!

Az deyildir dünyada belə adamlar...

Onların qəlbində bircə məqsəd var:

İstəyir özünə hər şey qazansın,

Dünya başdan-başa od tutub yansın.

Oxunub 8760 dəfə