Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 10:30

MARAQ EDƏN

İvan Andreyeviç Krılov

MARAQ EDƏN

Tərcümə edəni Abdulla Şaiq

 

Xoş gördük, əzizim! Hardan gəlirsən?

Muzeydən, üç saat gəzmişəm, bilsən,

Mən nələr görmüşəm, edərsən heyrət,

İnan ki, məndə yox о hünər, qüvvət.

Hansını danışım, başqa şeydir bu!

Möcüzə sarayı deyilsə, doğru –

Təbiət zənginmiş, onda nələr var!

Gördüm çeşid-çeşid quşlar, heyvanlar;

Cürbəcür al-əlvan qanadlı böcək:

Bənəkli-bənəksiz bir çox kəpənək.

Elə bil mərcan, ya zümrüd parıldar,

Cürbəcür balaca şux uçağanlar.

Xırdadır bir toplu iynə başından!

Fili də gördünmü? Nə böyük heyvan!

Hər görən zənn edər bir dağ qaralır.

-Orda fil varmıdır?

Var dostum, vardır.

Doğrusu, mən ona fıkir vermədim,

Yox, fili görmədim, dostum, görmədim!

Oxunub 8309 dəfə