Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 08:33

İKİ ÇƏLLƏK

İvan Andreyeviç Krılov

İKİ ÇƏLLƏK

Tərcümə edəni Abdulla Şaiq

 

İki çəllək gedirdi: biri dolu, biri boş

Birinci haysız-küysüz, tıqqırtısı, səsi xoş,

-İkincisi qoparmış eylə gurultu, şivən;

Qaldırımlar titrəyir onun qorxunc səsindən

Yoldan keçən sıxılır qorxudan bir bucağa,

Bürünür şalban boyu ucalan toz-torpağa.

Gurultulu olsa da, diqqətlə etsən nəzər,

Xeyri yoxdur о səssiz vüqarlı çəllək qədər

Tutduğu işdə hər kim böyük səs-küy qoparır.

İnan ki, о adamın faydası, xeyri azdır!

Oxunub 8684 dəfə