Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 07:08

DONUZ PALID ALTINDA

İvan Andreyeviç Krılov

DONUZ PALID ALTINDA

Tərcümə edəcni Abdulla Şaiq

 

Bir palıd altında Donuz duraıadan

Doyunca, köpüncə yedi qozadan.

Sərin kölgəsində sərilib yatdı,

Əlini, gözünü bir az oynatdı.

Birdən fısıldayıb qalxdı ayağa,

Kökləri burnuyla durdıı qazmağa.

Budaqdan bir Qarğa bağırdı ona:

Kök qırma, ağacı salma ziyana.

Kökləri qırılsa, ağac quruyar.

Quruyur qurusun, eh, mənə nə var!

Bu işdən rahatsız olmaram əsla,

Mənə bu ağacdan varmı bir fayda?

Kökündən qurusa, “uf” demərəm mən,

Qozalardır məni böylə kökəldən.

Ağac dilə gəldi: - Ey nankor heyvan,

О yoğun boynunu göyə qaldırsan,

Görərsən, yediyin dadlı qozalar,

Mənim budağımda bitir, a yassar!

Hər işdə belədir cahil insanlar.

Həm elmi, həm fənni edirlər inkar.

Çətindir anlatmaq cahil bir kəsi:

Dərdiyindir elmin, fənnin meyvəsi. 

Oxunub 8998 dəfə