Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 08:06

CIRCIRAMA VƏ QARINCA

İvan Andreyeviç Krılov

CIRCIRAMA VƏ QARINCA

Tərcümə edəni Abdulla Şaiq

 

Cırcırama yay, bahar,

Cırıldadı biqərar.

Hər çiçəyin yarpağı

Olmuş idi oynağı.

Eyşə alışmış idi,

Başı qarışmış idi.

Tutdu xəbər bir zaman,

Qış yetişib, ay aman!

Yayı keçirmiş hədər,

Yox daha güldən əsər.

Qaldı о biçarə ac,

Tapmadı başqa əlac.

Bilirdi ki, Qarınca

Dən yığır yay boyunca.

Getdi onun yanına,

Dərdini açdı ona:

- Qonşucuğaz, yazadək

Bəslə məni, ver yemək.

Sordu Qarınca: - Sənin

Yayda nə idi işin?

Güllər arasında mən

Eyləmiş idim vətən.

Belə idin yayda sən?

Nəğmə oxurdum da mən.

Yayda oxurdun, demək,

İndi get, oyna, görək! 

Oxunub 43043 dəfə