Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 06:42

ASLAN VƏ TÜLKÜ

İvan Andreyeviç Krılov

ASLAN VƏ TÜLKÜ

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Tülkü görməmişdi ömründə Aslan,

İlk dəfə Aslanı gördüyü zaman.

Qorxudan о qədər artdı həyəcanı,

Az qaldı ayrılsın bədəndən canı.

Bu işin üstündən keçdi bir müddət,

İkinci görüşdə duymadı dəhşət.

Üçüncüdə hətta söhbət eylədi,

Aslanla yaxından ülfət eylədi.

İnsanın da belə bir xisləti var

Görmədiklərini dəhşətli sanar.

Oxunub 9130 dəfə