Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« September 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30            

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 04 Sentyabr 2012 10:34

QARTAL VƏ KÖSTƏBƏK

İvan Andreyeviç Krılov

QARTAL VƏ KÖSTƏBƏK

Tərcümə edəni Abdulla Şaiq

 

Uzaqlardan bir Qartal dişisilə bərabər,

Gəldilər, bir meşədə yaşamaq istədilər.

Uca palıd başında bəyəndilər bir budaq,

İstədilər о yerdə ömürlük yuva qurmaq.

Fikirləri yazçağı bala becərmək idi,

Anlayınca bu fikri Köstəbək bax nə dedi:

-Yaşamağa sizinçün bu palıd heç yaramaz!

Onun kökü çürükdür, etibar etmək olmaz!

Çox çəkməz, başaşağı yuvarlanar bu ağac,

Böylə ağacda yuva tikməyə nə ehtiyac!

-Qartal da Köstəbəkdən öyrənərmi məsləhət?

Məndə ovçu gözü var, sönər bu şan, bu şöhrət.

Вахın onun özünə, biçiminə, ah, bu nə?

Köstəbək də qarışır padşahların işinə.

Saymayaraq sözünü о quşların soltanı,

Çalışaraq budaqda tikdilər о yuvanı.

Artıq dişi Qartalın yeni bir mənzili var,

Bəxtiyardır, yanında civildəşir balalar.

Caynağında gözəl ov, Qartal bir səhərçağı,

Yuvasına enməyə şığıdı başaşağı.

Gördü yıxılmış ağac, ailəsi qırılmış,

Həzin-həzin inlədi: - Məni yıxdı bu yıxış.

Məsləhətə baxmadım, о qürurum və qəza

İşlədi öz işini, verdi amansız cəza.

Dinləmədim sözünü, kim deyər, bir Köstəbək,

Verər gözəl məsləhət, doğru sözə nə demək?!

Yuvasından Köstəbək dedi: - Həqir sanaraq,

Bəyənmədin fıkrimi, mən yuvamı bu torpaq

Altında qazdığımdan, bu neçə ildən bəri,

Sağlamdır, ya çürükdür, bilirəm bu kökləri.

Oxunub 6687 dəfə