Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« September 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30            

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 04 Sentyabr 2012 08:37

KƏNDLİ VƏ İLAN

İvan Andreyeviç Krılov

KƏNDLİ VƏ İLAN

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

İlan dedi kəndliyə: - Gəl məni evə burax!

Boş-boşuna gəzməyim... iş sahibi olum, bax!

Sizdə dayəlik edim, mənə xoşdur işləmək,

Dadlı olur əməklə çörək qazanıb yemək.

Əziz dostum, gəl lütfən sözümü rədd eyləmə,

Bu doğrudur ilanlar verilib pis qələmə.

Qədimdən barəmizdə şayiə buraxırlar,

İnsanlar ilanlara başqa gözlə baxırlar.

Elə düşünürlər ki, ilan məhəbbət bilməz,

Qohumluq, mehribanlıq, yaxınlıq, ülfət bilməz.

Hətta öz uşağını belə ilanlar yeyir,

Bəlkə də bu sözləri söyləyənlər düz deyir.

Pislərlə bir sıraya qoyulmaram mən, ancaq,

Olmamış indiyəcən mənim adətim sancmaq.

Mən bilsəm ki, zəhərsiz ötüşər, keçər işim,

Deyərdim çıxarılsın, hətta, bu zəhər dişim.

Bu dünyada ən yaxşı bir ilanam mən, inan,

Sənin övladlarına olaram çox mehriban.

Kəndli dedi: - Sözünün yox bəlkə də yalanı,

Lakin buraxmaram mən öz evimə ilanı.

İlanla ülfət etmək obada olar adət.

Verməz yaxşı nəticə, törənər min fəlakət.

Bir yaxşının dalınca yüz yaman ilan gələr,

Sancar oğul-uşağı, körpələr zəhərlənər.

Səninlə bir yaşamaq mümkün deyil, əzizim,

Ən yaxşı ilan belə düşmənimizdir bizim,

İlanların içində əsla olmaz əsilli.

Atalar mən sizinçün yazmışam bu təmsili.

Oxunub 11508 dəfə