Səhifəni çap et
Çərşənbə, 28 Dekabr 2011 10:47

Ələmdar Quluzadə

ƏLƏMDAR QULUZADƏ

KƏLƏM KİMİ

 

Dolmanı bükmək üçün

Ana kəsdi kələmi,

Heyrət, maraq götürdü

Bizim kiçik Kərəmi.

 

Gülə-gülə söylədi: -  

Nə qədər paltarı var!

Əlbət qorxur ki, qarda

Şaxtada soyuqlayar...

 

Özü palto geymədən

Qaçıb getdi həyətə,

O, qar topu oynayıb

Xəstə yatdı bir həftə.

 

Haçan çöldə, bayırda

Su donur, qar görünür,

Kərəm çölə çıxanda

Kələm kimi geyinir.

Oxunub 13630 dəfə