Səhifəni çap et
Bazar ertəsi, 03 Sentyabr 2012 07:52

MƏKTƏBLİ İLƏ MÜƏLLİMİN ƏHVALATI

SEYİD ƏZİM ŞİRVANİ

MƏKTƏBLİ İLƏ MÜƏLLİMİN ƏHVALATI

Bir uşaq incimişdi məktəbdən,

Dedi: - Ey xaliqi-zəminü-zəmən,

Bir ölüm ver bizim bu ustadə,

Ta olum məktəbindən azadə!

Bir doyunca gedim gəzim baği,

Həm edim baği seyr, həm daği.

Bu duanı eşitdi mollası,

Dedi: - Oğlum, bunun nə mənası?

Mən əgər rehlət etsəm-üqbayə,

Qoyar atan özgə bir mollayə.

Atanın mərgin istə, ey nadan,

Qalasan ta yetimü sergərdan...

Oxunub 11817 dəfə