Səhifəni çap et
Bazar ertəsi, 03 Sentyabr 2012 07:51

MƏKTUBLARDAN SƏTİRLƏR

SEYİD ƏZİM ŞİRVANİ

MƏKTUBLARDAN SƏTİRLƏR

Günü gündən zəlilü xar oluruq,

Möhnətü qüssəyə düçar oluruq.

Bu qədər dərd kim olur hadis,

Ona bielmlik olur bais.

Bir bəladır bu dərdi-nadani,

Ki onun elm olubdu dərmani.

 

Elmsiz kimsənə hünərsizdir,

Elmi-bitərbiyət səmərsizdir.

Tərbiyət mayeyi səadətdir.

Tərbiyət şəxsə malü dövlətdir.

Elmdir baisi-tərəqqiyi-tam,

Alimə tay deyil güruhi-əvam.

Oxunub 11388 dəfə