Səhifəni çap et
Bazar ertəsi, 03 Sentyabr 2012 08:50

DӘVӘ İLӘ EŞŞӘYİN YOL GETMӘSİ

Seyid Əzim Şirvani

DӘVӘ İLӘ EŞŞӘYİN YOL GETMӘ

 

Bir dәvә bir uzunqulaq ilә,

Yol gedirdilәr çox damağ ilә.

Çatdılar bir çayın qırağinә,

Dәydi bu eşşәyin damağinә.

Dəvənin çünki su belindən idi,

Çağırıb ol uzunqulağı dedi:

¾   Qorxma, gәl sәn dә, ey rәvani-tәnim,

Su belimdәn deyil yuxarı mәnim.

Verdi eşşәk cavab ona:-Ey yar,

O belindәn sәnin olan әnһar,

Daxil olsam mәnim başımdan aşar...

Oxunub 11944 dəfə