Səhifəni çap et
Bazar ertəsi, 03 Sentyabr 2012 07:41

AYI VӘ SİÇAN

Seyid Əzim Şirvani

AYI VӘ SİÇAN

 

Bir ayı yatmış idi raһәtlә,

Uzanıb xeyli istiraһәtlә.

Bir siçan ayı üstә etdi güzar,

Oldu ol ayı xabidәn bidar.

Әl atıb muşu eylәdi nәxcir,

Durdu yalvarmağa ona o fәqir.

Dedi kim:-«Sәn mәni gәl eylә rәһa,

Yer düşәr eylәrәm әvәz peyda.»-

Ayı güldü, onu rәһa qıldı.

Siçanın mәtlәbin rәva qıldı.

Bir zaman ovçu qurmuş idi dam,

Düşdü dam içrә ol qәviәndam.

Nә qәdәr zur qıldı ol mәğrur,

Dami qırmaqlıq olmadı mәqdur.

Bağırıb nalәvü fәğan etdi,

Göz yaşın seyl tәk rәvan etdi.

Ayının nalәsin eşitdi siçan,

Bildi kim, dami-dәrdәdir.piyçan,

Gәldi kәsdi dişilә ol dami,

Ayıya eylәdi sәrәncami.

Dedi kim ayı:-«Qalmadım qәmdә,

Yaxşılıq itmәz imiş alәmdә

Oxunub 16166 dəfə