Səhifəni çap et
Şənbə, 19 Noyabr 2011 22:44

Mobil Quluzadə

MOBİL QULUZADƏ

(1936)

 

ƏTİR

Bir gün ətir şüşəsini

Almaz açdı,

Onu görüb, ətir qaçdı.

Qoşularaq küləklərə,

Gedib qondu çiçəklərə.

Çox axtardı Almaz onu,

Bilmədi ki, açıq qoymaq

Olmaz onu,

Dedi nənə, daha sənə

Söyləmərəm ətir gətir.

- Niyə qızım?

- Uşaqlah görən kimi

Qaçır ətir.

BALACASEVƏR

Bir gün çıxdı otaqdan

Bizim balaca Sevər.

İstədi ki, böyürtkən

Yığıb qayıtsın evə.

Tikanlar ətəyindən

Tutub saxladı yolda.

Gözlədilər gəlmədi,

İlişib qaldı kolda.

 

 

 

 

 

TÜNZALƏNİN QOĞALI

Tünzalə qoğai verib

Elşada, saxia, - dedi.

Tünzalə qayıdmca

Elşad qoğalı yedi

 

 

 

 

 

 

 

 

.

 

 

 

Oxunub 13866 dəfə