Səhifəni çap et
Şənbə, 25 Fevral 2012 14:20

Rəfiqə Məmmədova

Nəğməkar quş

A

ğacın budağında bir quş yuvası var idi. Bu quş dünyaya göz açdığı gündən onun dodağından nəğmə əskik olmamışdı. Cəh-cəhi şirin melodiya kimi hər tərəfə axıb gedirdi:

                   

 

Mən zərif bir quşam,

Var sevgili dünyam.

Göydə qalmaz arzum, 

Könül açır yuvam. 

 

Hörmüşəm yuvanı, 

Mən ürək qanıyla. 

Yoxsa, dözərdimmi? 

Amansız dünyaya!


          

Sürünənlər də ona tərəf boylanırdı. Nəğməni sevənlər yaxına gələr, quşa lap yaxın olmaq istərdilər. Ona görə də yuvanın hər tərəfində şənlik olardı.

Yaz küləyi yuvanın üstündən xəfifcə əsib keçər, rəngbərəng çiçək ləçəklərini yuvanın içinə səpərdi. Xırda cücüləri, toxum dənlərini onun başına tökərdi. Dodağı nəğməli quş sevinərdi. O təkcə yırtıcı quşlardan qorxurdu. Quzğun onu həmişə izlərdi. O ürəyi kinli, gözü alışıb yanan onu heç xoşlamırdı.

Ovladığı quşların sinəsini sökə-sökə, lovğa-lovğa, ora-bura boylanırdı. Ovun qamarlamayanda qəzəbindən özünü qayalara çırpar, dimdiyini itilərdi. Böcəklər lərzəyə düşərdi:

 

Mənə Quzğun deyərlər! Mənim uçuşumdan xırda-mırda quşların səsi batmalıdır!

 

Qırğılar onun sözlərinə şaqqanaq çəkib gülərdi. Kiçik quşlar isə gizlənməyə yer axtarardı.

Quzğun hərisləşəndə bütün qüvvətini topladıb, yuvanın üstünə atılar, onu caynağına keçirib ovum-ovum eşmək istərdi. Lakin yuvaya toxunan kimi, başının üstündə quşlar durmadan qanad çalırdılar. Quzğun yaxasını onlardan qurtarmağa çalışırdı. Təhlükəni hiss edib, vahiməyə düşərdi. Quzğun gözünə inanmadı. “Bu nədir quşlar birləşir?! Ola Bilməz!”

O, gözlərinin qaraldığını görüb, aşağı boylandı. İlanın yuvaya sarı yalmanan dilini görən kimi, məsələni anladı. Quşların dəstəsi yuvaya doğru uçur, ora girməyə az qalanda yenidən havalanıb uzaqlaşırdılar.

Nəğməkar quş gözünü qaldırıb altdan-yuxarı öz xilaskarına fəxrlə baxardı. Sonra isə nəğmə oxuya-oxuya quşların arxasınca uçardı.

Köpüklənə-köpüklənə axan çay bikeflərdi.

Mənim nəğməkar balam tez yuvana qayıt - deyər, dalınca su atardı.

 

25.07.2009

Oxunub 3906 dəfə Last modified on Çərşənbə axşamı, 26 İyun 2012 20:57