Səhifəni çap et
Şənbə, 01 Sentyabr 2012 08:58

VAĞ QUŞU

Rəfiqə Məmmədova

VAĞ QUŞU

(Hekayə)

Ə
rşad kişi çay sahilində oturub, tilovla balıq tuturdu. Səhər şəfəqi onun gözünü ağrıdırdı. Nəvəsi Cəmil yaxında idi, gözlərini babasından çəkmirdi. Babası təkliyi çox sevirdi. Çox danışmağı da sevmirdi. Balıq tutanda heç danışmaq olmazdı.

Ərşad kisi soruşdu :

Cəmil, özünü necə hiss edirsən?

Mən özümü çox gözəl hiss edirəm. Yuxum qaçıb, gözüm qaravul-mantardadır. Mantarın atılıb düşməsinə baxmağı sevirəm. Yuxudan oyanmaq istəmirdim. Sübh mehi məni şənləndirdi.       

Bu vaxt qoca öz qara və uzun qanadlarını açaraq suyun üstündə fırlanan vağı gördü. Quş qanadlarını yığaraq suya doğru cumdu, sonra isə yenə dövrə vurmağa başladı.

Cəmil ucadan dedi :

-      Ov görüb, boş-boşuna hərlənmir.

Ərşad kisi tilovu əlinə alıb, suyun üzərində ov edən uzun qanadlı quşu izləməyə başladı. Suyun azacıq köpüklləndiyini görürgü – bu, qaçan balığı izləyən kütüm idi. Kütüm  xırda balığların yolunu kəsməkdən ötrü sürətlə üzürdü.

Ərşad kişi :

-      Görünür böyük balıq sürüsü var. Onlar bir-birlərindən aralı üzürlər, bu balığlar çox çətin ki, yaxasını qurtara bilsin. Vağ çox mahir ovçudur.

Cəmil bərkdən güldü :

-      Baba, quş da ovçudur?!

Əlbəttə ovçudur. Ov etmək onların əsas peşəsidir. Yoxsa, acından

ölərlər! Canlı deyillərmi? Cəld və incə ov etmələrinə görə onları çox sevirəm.

Ərşad kişi balığların tez-tez sıçrayıb suyun üzünə çıxmağına və quşun onu tutmağa cəhd etdiyinə fikir verirdi. Balığlar çox sürətlə üzürdülər. O, tilov ipini suya düz getməsinə diqqət verir və çayda bu qədər balığın olmasına sevinirdi. Qünəş şuaların suda əks etməsi onun çox xoşuna gəlirdi.

Birdən Ərşad kişi yerindən sıçradı, kütümü cəld hərəkətlə dartdı. Tilov qövs kimi əyildi.

-      Axır ki, qarmağa keçdin!

Parıldayan diri balığı qarmaqdan çıxarıb, İtburnu kolunun dibinə

kölgəliyə atdı və üzünün tərini sildi. Balıq iri, küt gözlərini bərəldib, gözəl quyruğunu arabir çırparaq suya can atırdı.

Cəmilin ona yazığı gəldiyindən titrəyən balıqı çaya atmaq istəyirdi. Tezliklə o, öləcək – deyə fikirləşirdi, o susuz qala bilməz!

Ərşad kişi, daşın yanında yerini rahatlamaq istərkən Vağın onun başı üzərində dövrə vurduğunu gördü. O baliğa yaxınlaşdı və bu zaman qoca onun məqsədini anladı.

O caynağını balığin başının sümüyünə ilişdirdi. Bir göz qırpımında havaya qalxdı.

Ərşad kişi dedi :

Mən balıq tutanda bir dəfə də olsun belə təsirli mənzərəyə rast gəlməmişdim.

Cəmili kədər bürümüşdü, bunun üçün də babasından üzr istədi:

Bir işə bax ki, mənim maymaqlığım sayəsində bu iş oldu! Vağ quşu mahir ovçusan ki, ovçu! – dedi.

Oxunub 13944 dəfə