Səhifəni çap et
Cümə axşamı, 30 Avqust 2012 11:10

YARMARKA SƏFƏRİ

YARMARKA SƏFƏRİ

Fin nağılı

g
ünlərin birində Xyolmyolı kəndindən olan kəndlilər şəhərə səfərə çıxdılar. Yol çox uzun idi və onlar bir evdə gecələməli oldular. Atları açıb yedirtdilər, səhərisi gün heç bir şeyi dəyişik salmamaq üçün - Xyolmyolı kəndinin sakinləri çox unutqan idilər, - kirşələrinin dişlərini şəhər tərəfə çevirdilər.

Təsadüfən ordan bir yolçu keçməli oldu. О zarafatla kirşələri geri çevirdi.

Səhər yuxudan oyanan kəndlilər atlarını qoşdular və tələsik yo­la düşdülər.

Az getdilər, çox getdilər, bir xeyli yol qət etdilər. Birdən bir qoca dedi:

-      Вах, biz sanki dünən burdan keçmişik.

-      Yer üzündə bir-birinə bənzəyən yerlər çoxdur, - deyə ona ca­vab

verdilər.

Kəndlilər meşənin içinə girdilər, qoca yenə qışqırdı:

-      Bu kənd necə də bizim kəndimizə bənzəyir!

-      Bütün kəndlər eynidir, - deyə cavab gəldi.

Qoca yenə qışqırdı:

-      Bu mənim evim deyil ki?

-      Sən nə danışırsan? - deyə kimsə güldü. - Sənin evin çox uzaqlarda

qaldı.

Qocanın arvadı isə ərinin səsini eşidib evdən çölə çıxdı.

-      Bu qadın da sanki mənim arvadımdır, - deyə qoca quruyub qaldı.

Qarı onlara yaxınlaşanda hamı başa düşdü ki, doğrudan da gəlib doğma kəndlərinə çıxıblar! Çox təəccüblü iş idi!

Oxunub 6220 dəfə