Səhifəni çap et
Cümə axşamı, 30 Avqust 2012 10:03

QIZIL SAP

QIZIL SAP

Fin nağılı

b
iri vardı, biri yoxdu, bir qadın vardı Bu qadının bir qızı vardı. Bu qız gözəl ip əyirmək qabiliyyəti ilə bütün mahalda məşhur olmuşdu. Onun əlindən elə zərif saplar çıxırdı ki, hörümçək toru onunla müqayisədə kəndirə bənzəyirdi. Xeyirxah qız isə hər bahar quşlara yun saplar bağışlayardı ki, onlar özlərinə isti yuva qursunlar.

Qızın sehrli əlləri haqqında eşidən krаl atına minib məharətli qıza baxmağa gəldi. Qızın anası çox sevindi və cani-dildən onu tərifləməyə başladı! Qızının əlindən hər iş gəldiyini söylədi. Qızı tərifləyərək elə qızışdı ki, özünü saxlaya bilmədi. Yalandan qızının samandan qızıl sap əyirdiyini də söylədi. Bunu deyən kimi duruxdu, amma artıq gec idi. Kral qıza hazırlaşıb onunla birlində saraya getməyi əmr etdi.

-      Qoy о sarayda krаlın libasları üçün çoxlu qızıl sap əyirsin! - dedi o.

Qızı saraya gətirdilər, bir topa saman verdilər və səhərə qədər bir kələf

qızıl sap əyirməyi buyurdular. Zavallı qız samanı yumşaltmağa çox çalışdı, amma adi samandan qızıl sap necə əyirə bilərdi axı? Tamam ruhdan düşdü, gözlərindən yaşı sel kimi axıtmağa başladı.

Birdən onun otağında hardansa bir cırtdan peyda oldu. Bu cırtdan çox balaca və eybəcər idi. О irişdi və öz köhnә yun əlcəklərini qıza uzatdı.

-      Bu əlcəklərdə, - dedi cırtdan, - sən samandan qızıl sap əyirə bilərsən. Amma onları sənə havayı vermirəm. Əgər üç gün ərzində adımı tapa bilməsən, mənim arvadım olacaqsan.

Qız cavab verməyə macal tapmamış, cırtdan qeyb oldu. Qız əlcəkləri geydi və samandan qızıl sap süzülməyə başladı! Bacarıqlı qız ta axşama kimi çalışdı, parlaq iplik onun ayaqlarının altına süzülürdü. Amma о bu möcüzəyə sevinə bilmirdi. Cırtdanın şərti yadına düşən kimi, ürəyi sıxılırdı. О bu eybəcər cırtdanın arvadı olmaq istəmirdi!

Kral isə qızıl ipliyə baxır, sevindiyindən nə edəcəyini bilmirdi.

-      Belə məharətli qız, - dedi o, - şahzadələrə, krаl sarayında yaşamağa layiqdir.

İki gün kеçdi, iyrənc cırtdanın qıza verdiyi müddət bitirdi. Amma bütün gün çalışan, küçəyə çıxmağa vaxtı olmayan qız onun adını necə öyrənə bilərdi axı? Kimdən soruşacağını da bilmirdi. Qız acı-acı ağlamağa başladı. Bu vaxt pəncərəyə bir arıquşu qondu.

-      Cik-cirik! Cik-cirik! - deyə о cikkildədi. - Gözəl qız, niyə ağlayırsan?

Qız başına gələnləri ona danışdı.

-      Ağlama! - deyə arıquşu cikkildədi. - Sən mənə yuva qurmağa kömək etmisən. Mən də səni qurtaracam.

Quş ona dünən axşam bağçada eybəcər cırtdanı gördüyünü söylədi. О bir ayağı üstə hoppanaraq fırlanır, hərlənir və bu nəğməni oxuyurdu:

-      Mənim adım Almazverməzdir!

О qız çox düşünsə də

Adımı tapa bilməz!

Gün gələr, gözəl qız

Mənim arvadım olar!

Arıquşu uçub getdi, qız isə gözlərini sildi, gülümsədi və cırtdanın gəlişini gözləməyə başladı. Cırtdan yenə də hardansa peyda oldu, sevincək soruşdu:

-      Əlcəklərim sənə kömək oldu?

-      Çox sağ ol, - deyə qız cavab verdi, - onlar doğrudan da sehrlidirlər.

Bax, gör bu üç günə nə qədər qızıl iplik əyirmişəm!

Cırtdan bərkdən irişdi.

-      Mən, - dedi o, - öz vədimi yerinə yetirdim. İndi sənin növbəndir. De görüm mənim adım nədir?

Qız şən qəhqəhə çəkdi.

-      Burda çətin nə var ki, - deyə о cavab verdi. - Bu çox sadədir. Sənin adın Almazverməzdir!

Cırtdan yerində donub qaldı. Üzü qaraldı, gözləri qəzəblə parıldadı. Amma nə etməli, söz danışıqdan keçər! Eybəcər cırtdan dabanları üstə fırlanıb qeyb oldu. İzi tozu da qalmadı. Heç əlcəklərini də götürmədi.

Kral da öz vədini unutmamışdı. О qızı öz oğluna aldı. Toyda krаl qızıl saplarla bəzədilmiş par-par parıldayan bahalı libas geymişdi.

Oxunub 7287 dəfə