Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« October 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
  1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31      

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 08 Dekabr 2011 15:31

ÜÇ QIZIL TELİ OLAN ŞEYTAN

Yakob və Vilhelm Qrimm Qardaşları

ÜÇ QIZIL TELİ OLAN ŞEYTAN

(tərcümə edəni Səkinə Hüseynova)

g
ünlərin birində yoxsul bir arvadın oğlu oldu. Uşaq köynəkdəd doğulmuşdu. Falçılar dedilər ki, oğlan on dörd yaşına çatanda kralın qızını alacaq. İş elə düşdü ki, uşaq doğulandan bir müddət sonra kral həmin kəndə gəldi, amma heç kim bilmədi ki, bu, kraldır. O, kənddə təzə xəbər olub-olmadığını soruşanda dedilər:

-           Bu günlərdə kəndimizdə bir uşaq köynəkdə doğulub, falçılar da deyiblər ki, onun ürəyindən nə keçsə, yerinə yetəcək. On dörd yaşına çatanda da kral qızını alacaq.

Kralın ürəyi kinli olduğundan, bu xəbərdən qəzəbləndi, uşağın ata-anasının yanına gedib, yalandan özünü mehriban, səmimi göstərdi.

Dedi:

-           Yoxsul adamlarsınız, uşağınızı verin mənə, mən onu böyüdərəm.

Uşağın valideynləri əvvəlcə razı olmadılar, ancaq bu yad adam onlara çoxlu qızıl təklif eləyəndə fikirləşdilər: «Əgər uşaq anadan xoşbəxt doğulubsa, bu qisməti də onun xeyrinə olar». Razı olub, uşağı kralа verdilər.

Kral oğlanı iri mücrünün içinə qoyub, yoluna düzəldi. Dərin bir gölün yanına çatanda mücrünü suya atdı və ürəyində dedi: «Qızımı istəmədiyim adaxlıdan xilas elədim». Lakin mücrü batmadı, qayıq kimi suda üzdü, içinə də bircə kilə su keçmədi. Üzə-üzə kralın paytaxtından iki mil aralandı, dəyirmanın yanına çatanda bəndə dirənib dayandı. Xoşbəxtlikdən, dəyirmanda işləyən bir nəfər yaxınlıqda dayanmışdı və mücrünü görüb, onu sudan çıxartdı, elə bildi ki, içi qızıl-gümüşlə doludur. Açanda isə içində qəşəng, sağlam, gülümsəyən bir oğlan uşağı gördü. Onu dəyirmançının yanıma gətirdi, dəyirmançının da övladı olmadığından, arvadı sevindi:

-           Bunu Allah-taala bizə pay göndərib, - dedi.

Onlar uşağı qayğı ilə, məhəbbətlə böyütdülər, о da ağıllı-kamallı bir oğlan oldu.

Günlərin birində yağışda, tufanda sığınacaq axtaran həmin kral dəyirmana gəldi. Yeniyetmə oğlanı görəndə dəyirmançıdan soruşdu ki, bu, onun oğludur? Dəyirmançı da dedi:

-           Yox, biz bu uşağı tapmışıq. On dörd il əvvəl mücrünün içində üzə-üzə gəlib bizim bəndin yanına çatanda bir işçimiz onu sudan çıxarıb gətirmişdi.

Kral başa düşdü ki, bu oğlan, vaxtilə suya atdığı həmin xoşbəxt uşaqdır. Dedi:

-           Olarmı bu oğlan indi yazacağım məktubu kraliçaya çatdırsın? Əvəzində ona iki qızıl verərəm.

Dəyirmançı da, arvadı da dedilər:

-           Necə buyurursunuz, elə olsun, kral. Oğlan yola hazırlaşdı.

Kral kraliçaya bu məzmunda məktub yazdı: «Bu oğlan mәktubu sənə yetirən kimi onu öldürüb basdırın; mən qayıdana qədər əmrə əməl edin».

Oğlan məktubu götürüb yola düzəldi, ancaq yolu azıb, qaş qaralanda qalın bir meşəyə girdi. Qaranlıqda bir çıraq işığı gördü, onu tuş tutub getdi. Qəfildən qarşısına bir daxma çıxdı. İçəri girib gördü ki, ocağın yanında bir qarı oturub. Daha heç kim yoxdur. Qarı oğlanı görüb qorxdu. Soruşdu:

-           Hardan gəlib, hara gedirsən? Oğlan dedi:

-           Dəyirmandan gəlirəm, kraliçaya məktub aparıram. Ancaq meşədə azmışam, istəyirəm gecəni sənin daxmanda qalım.

Qarı:

-           Yazıq uşaq, - dedi, - sən gəlib quldur yuvasına düşmüsən Quldurlar qayıdıb gələn kimi səni öldürəcəklər.

Oğlan dedi:

-           Neyləyək, qoy kim istəyir gəlsin, mən heç kəsdən qorxmuram. Elə yorulmuşam ki, daha bircə addım ata bilmərəm.

O, taxtın üstündə uzanıb yuxuya getdi.

Aradan çox keçməmiş quldurlar gəldilər, oğlanı görəndə qəzəblənib soruşdular ki, bu kimdir taxtda uzanıb. Qarı dedi:

-           Axı, bu lap südəmər uşaqdır. Meşədə azıb, ona yazığım gəldi yer verdim. kraliçaya məktub çatdırmalıdır.

Quldurlar məktubu açıb oxudular, gördülər yazılıb ki, çatan kimi oğlanı öldürsünlər. Quldurların ürəyində mərhəmət oyandı, onların başçısı məktubu cırdı, əvəzində belə bir məktub yazdı ki, oğlan saraya çatan kimi onu kralın qızı ilə evləndirsinlər. Quldurlar oğlana dəymədilər, о da səhərəcən yatdı, oyananda məktubu ona verib yola saldılar.

Kraliça məktubu alanda, orda tapşırılan kimi hərəkət elədi. Dəb-dəbəli toy məclisi qurdurdu. Oğlan da qəşəng və mehriban olduğundan, kralın qızı onunla fərəh içində xoşbəxt yaşamağa başladı.

Bir müddətdən sonra kral səfərdən qayıdıb gördü ki, falçıların dediyi düz çıxıb, xoşbəxt oğlan da onun qızını alıb. Soruşdu:

-           Bu necə oldu, axı? Mən ki, məktubumda tamam ayrı əmr yazmışdım.

Kraliça həmin məktubu kralа göstərdi, dedi ki, özün bax gör nə yazmısan. Kağızı oxuyan kimi kral bildi ki, məntubu dəyişiblər. Oğlandan soruşdu ki, ona verdiyi məktubu neyləyib və neyçin onun əvəzində ayrısını gətirib.

Oğlan dedi:

-           Mənim heç nədən xəbərim yoxdur. Yəqin meşədəki daxmada yatdığım gecə onu dəyişdiriblər.

Kral qəzəbləndi:

-           Bu, sənə baha tamam olacaq! Mənim qızıma sahib olmaq istəyən adam gərək cəhənnəmdən şeytanın başından üç dənə qızıl tük qoparıb gətirsin! Hərgah dediyimi gətirsən, qızım sənin arvadın olacaq.

Bu yolla kral oğlandan birdəfəlik yaxa qurtarmaq fikrindəydi. Xoşbəxt oğlansan dedi:

-           Nə olar, qızıl tükləri sizin üçün gətirərəm, mən şeytandan qorxmuram.

Kralla vidalaşıb, yola düşdü. Az getdi, çox getdi, gəlib bir ölkənin paytaxtına yetişdi. Şəhər darvazasınım gözətçisi onu sorğu-suala tutdu, soruşdu ki, hansı peşə sahibidir, nə düzəldə bilir. Xoşbəxt oğlan dedi:

-           Əlimdən hər iş gəlir. Qapıçı:

-           Onda bizə bir yaxşılıq elə, - dedi, - başa sal görək bazar meydanında əvvəllər şərab axan fəvvarəmizdən neyçin indi heç su da axmır?

Cavan oğlan dedi:

-           Gözləyin, qayıdanda onu sizə başa salaram.

Ordan uzaqlaşıb, ayrı bir şəhərə yol aldı; orda da şəhər darvazasının gözətçisi ondan soruşdu ki, hansı peşə sahibidir, nə düzəldə bilir?

Oğlan da dedi:

-           Əlimdən hər iş gəlir. Qapıçı:

-           Onda bizə bir yaxşılıq elə, - dedi, - başa sal görək, şəhərimizdəki alma ağacı əvvəllər qızıl alma yetirirdi, indi neyçin heç yarpağı da yoxdur.

Cavan oğlan:

-           Gözləyin, - dedi, - qayıdanda onu sizə başa salaram. Ordan da uzaqlaşdı, az getdi, üz getdi, yolunun üstünə gur axan bir çay çıxdı. Çayın о tayına keçmək istəyəndə bərəçi ondan souşdu ki, hansı peşəni bilir.

Oğlan:

-           Əlimdən hər iş gəlir, - dedi.

Bərəçi dedi:

-           Onda mənə bir yaxşılıq elə, başa sal görüm, neyçin mən həmişə adamları о taybu taya keçirirəm, heç kim də heç vaxt məni əvəz eləmir?

Oğlan cavab verdi:

-           Gözlə, qayıdanda səni başa salaram.

Xoşbəxt cavan çayı keçdi, cəhənnəmin yolunu tapdı, içəri ora zil qaranlıqdı, hər yan his çəkmişdi. Şeytan evdə yoxdu, iri enli kürsüdə onun nənəsi oturmuşdu.

Soruşdu:

-           Nə lazımdır sənə?

Nənə oğlana çox da qəzəbli görünmədi. Cavan oğlan dedi:

-                     Mənə şeytanım başından üç dənə qızıl tük lazımdır, yoxsa arvadımdan ayrı düşməli olacağam.

Nənə dedi:

-                     İştahın pis deyil. Şeytan qayıdıb səni burda görsə, canır ayrı düşməli olacaqsan. Amma mənim sənə yazığım gəlir, görüm bəlkə kələk eləyə bildim. - Qarı oğlanı qarışqaya döndərdi, dedi: - Tumanımın bükükləri arasında gizlən, şeytan orda səni görməz.

Cavan oğlan:

-           Bu, yaxşı oldu, - dedi, - amma mən üç sualıma da cavab almaq istəyirəm: neyçin vaxtilə şərab axıdan fəvvarə quruyub; neyçin vaxtilə qızıl alma verən ağacın üstündə heç yarpaq da yoxdur; bir də neyçin bərəçi həmişə о tay-bu taya adam keçirir, heç kim də onu əvəz eləmir?

Nənə dedi:

-           Çətin suallardır, amma sən sakit otur və mən şeytanın başından üç qızıl tükü dartanda onun dediyinə diqqətlə qulaq as.

Bəli axşam düşdü, şeytan da evə qayıtdı. İçəri girən kimi hiss elədi ki, hava nəsə təmiz deyil. Dedi:

-           Burnuma adam iyisi gəlir! Burda işlər nəsə yaxşı deyil. Hər yeri axtardı, künc-bucaqlara baxdı, ancaq heç nə tapmadı.

Nənəsi onu danlamağa başladı:

-           Axı, mən hər yeri silib-süpürmüşəm, səliqəyə salmışam, sən də qatıb-qarışdırırsan. Burnuna həmişə adam iyisi dəyir. Yaxşısı budur otur şam elə.

Deyəsən, şeytan çox yorulmuşdu. Yeyib-içəndən sonra başını nənəsinin dizləri üstünə qoydu ki, nənə başında bit axtarsın. Çox keçmədən onu yuxu tutdu: əvvəlcə fısıldadı, sonra xoruldadı. Nənə onun qızıl tüklərindən birini dartıb çıxartdı və yerə qoydu. Şeytan çığırdı:

Vay! Neyləyirsən? Şeytanım nənəsi dedi:

Pis yuxu gördüm, ona görə saçından yapışdım. Şeytan soruşdu:

Yuxuna nə girmişdi ki?

-           Bazar meydanımdakı fəvvarə girdi yuxuma. Əvvəllər ondan şərab axırdı, indi quruyub, heç su da axmır. De görüm, bunun səbəbi nədir?

Şeytan dedi:

-           Eeh, bilsəydilər ki, neyçin belə olub! Orda daşın altında quru qurbağası var. Onu öldürsələr, şərab yenə axıb töküləcək.

Nənə yenə şeytanıın başını bitləməyə başladı, şeytanı yenə yuxu apardı; о elə xoruldadı ki, pəncərənin şüşələri cingildədi. Nənə bir qızıl tük də dartıb çıxartdı.

Şeytan hirsləndi:

-                     Vay! Sən neyləyirsən, axı?

Nənə:

-                     Acığın tutmasın, - dedi, - yuxulu olmuşam.

-                     Yuxuda nə görmüsən ki?

-           Gördüm ki, bir ölkədə əvvəllər qızıl alma gətirən ağacın üstündə indi heç yarpaq da yoxdur. Neyçin belədir?

Şeytan dedi:

-           Eeh, bilsəydilər ki, neyçin belə olub! Onun kökünü siçan gəmirir; onu öldürsələr, ağac yenə qızıl alma verәсәк, amma siçan bundan sonra da ağacı gəmirsə, tamam quruyacaq. Sən yuxularını saxla, qoy rahat yatım! Bir də məni yuxudan oyatsan, şillə çəkәсәуәm sənə.

Nənə onu xoş sözlərlə sakitləşdirdi, yenə başını bitləməyə başladı, şeytan yenə xoruldadı. Nənə üçüncü qızıl tükü də qopartdı. Şeytan yerindən sıçradı, çığırdı, onu vurmaq istədi, nənə yenə onu sakitləşdirdi:

Neyləyim, pis yuxuların əlindən hara qaçım?! Şeytan maraqla soruşdu:

Yuxuda nə gördün ki?

-           Gördüm bir bərəçi gileylənir ki, çayın bu tayından о tayına həmişə adam keçirir, heç kəs onu əvəz eləmir. Bunun səbəbi nədir?

Şeytan dedi:

-           Axmaqdır da! Bir adam gəlib deyəndə ki, məni о taya keçir, qoy əlindəki uzun ağacı versin ona. Həmin adam olsun bərəçi, о da canını qurtarsın.

Üç qızıl tükü qoparıb, üç suala cavab almış nənə qoca şeytandan əl çəkdi, о da səhərəcən yatdı.

Səhər şeytan yenə çıxıb getdi. Qarı tumanının büküklərindən qarışqanı çıxartdı, onu təzədən adam eləyib dedi:

-           Bu da üç qızıl tük, götür. Suallarının cavabını da özün eşitdin. Xoşbəxt cavan sevincək:

-           Hə, eşitdim, hamısını da yadımda saxladım.

Qarı dedi:

-           Sənə köməyim dəydi, indi yolunla get.

Oğlan dar gündə köməyinə görə qarıya minnətdarlıq eləyib, çəhənnəmdən çıxdı. İşi uğurlu olduğu üçün oğlanın kefi kökdü. Bərəçinin yanına çatanda vəd elədiyi cavabı ona yetirməmişdən əvvəl dedi:

-           Əvvəlcə məni о taya keçir, sonra xilas olmağının yolunu sənə öyrədim.

О biri sahilə çıxan kimi, oğlan şeytanın məsləhətini ona yetirdi:

-           Bir adam gəlib о taya keçirməyi xahiş eləsə, uzun ağacı ver ona, çıx qaç.

Cavan oğlan bərəçidən ayrılıb, meyvəsiz alma ağacı bitmiş ölkəyə gəldi. Qapıçı artıq onu gözləyirdi. Oğlan şeytandan eşitdiyi cavabı ona da yetirdi: «Ağacıın kökünü gəmirən siçanı öldürün, onda ağac yenə qızıl alma bitirəcək». Darvaza gözətçisi xoşbəxt cavana çox sağ ol deyib, ona iki ulaq yükü qızıl verdi. Oğlan ordan yola düşüb, quru fəvvarəsi olan məmləkətə gəldi. Şəhər darvazasının bu gözətçisinə də şeytanın məsləhətini çatdırdı: «Fvvarənin daşı altındakı quru qurbağasını öldürün, ordan yenə şərab axsın». Qapıçı ona çox sağ ol dedi və qızıl yüklü iki ulaq verdi.

Qızıl yüklü dörd ulaqla bərabər, xoşbəxt cavan saraya, arvadının yanına qayıtdı. Arvadı onun uğurla qayıtmağına ürəkdən sevindi. Oğlan şeytanın başından qoparılmış üç qızıl tükü kralа verdi. Qızıl yüklü ulaqları görəndə kral lap razı qaldı.

-           İndi şərtlərin hamısına əməl eləmisən, - dedi, - qoy mənim qızım sənin arvadın olsun. Amma, əziz kürəkənim, bir de görüm, bu qədər qızıl sənin üçün hardandır? Axı, bu, böyük sərvətdir!

Oğlan dedi:

-           Elə çayı keçirdim, gördüm о biri sahildə bu qızıl, qum kimi tökülüb qalıb, yığışdırıb gətirdim.

Kral acgözlüklə soruşdu:

-           Mən də ondarı yığıb gətirə bilərəm? Xoşbəxt cavan:

-           Nə qədər İstəyirsiz! - dedi. - О çayda bir bərəçi var, ondan xahiş eləyin sizi о taya keçirsin. Orda kisələrinizi qızılla doldura bilərsiz.

Acgöz kral tez hazırlaşıb yola düşdü. Çaya çatanda bərəçiyə işarə elədi ki, onu о taya keçirsin. Bərəçi onu bərəyə mindirdi, о taya çatan kimi uzun ağacı cəld kralа verdi, özü də çıxıb qaçdı.

Kral da о vaxtdan bütün günahlarının əvəzində bərəçi olub qaldı.

Məgər indi də çaydan adam keçirir?

Bəs necə! Axı, onun əlindən uzun ağacı heç kim almayacaq.

Oxunub 4298 dəfə