Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 01 Sentyabr 2012 09:45

KARVANA HÜRƏN QAPLAN

 

ZAHİD XƏLİL

 KARVANA HÜRƏN QAPLAN

 

b
u balaca küçükcüyəzin adı Qaplan idi. Kənddə demək olar ki, onu  it yerinə qoyan yox idi:

– Buna baxın, deyirdilər, Qaplan da özünü it hesab edir.

Onu pişiklər daha çox lağa qoyduqları üçün Qaplan lap bərk hirslənirdi.

– Eybi yoxdur – deyirdi bir gün sizə göstərərəm.

Amma həmin o gün gəlib çıxmırdı ki, çıxmırdı. Qaplan böyüdükcə daha da qorxaq olurdu və kənddəki pişiklərin demək olar ki, hamısı onu cırmaqlayıb vaxtında aradan çıxa bilirdi.

Bir dəfə kəndin içindən böyük bir dəvə karvanı keçirdi. Qaplan əvvəlcə öz həyətlərindən alçaq səslə hürməyə başladı.

– Havvvv, havvvv!

Amma ona əhəmiyyət verən olmadı. İşi belə gör­dük­də Qaplan bir az ürəkləndi və həyət qapısından çölə çıxıb xeyli aralıda gedən dəvələrə hürdü:

– Haaaavvv, haaaavvv!

Dəvələr addımlarını yavaşıtmadan gedirdilər. On­la­rın dodaqları aramla açılıb-yumulur, gövşəyirdilər. İri və yaraşıqlı gözlərini qabağa zilləyərək gedir, Qaplana əhəmiy­yət belə vermirdilər. Qaplan bundan daha da cəsarətləndi və irəli cumub karvanın beş-altı metrliyinə gəldi və hürməyə başladı:

– Huuuuvvw, huuuuvvvv!

Ona flkir verilmədiyini görüb hirsləndi.

– Karsınız nədi, görmürsünüz hürürəm?

– Görürük ki, boğazını yırtırsan. Amma neyniyək? Sənin borcun hürmək, bizim borcumuz getməkdi. Nə qədər istəyirsən hür.

Karvan aramla yoluna davam edib getdi. Gözəl bir fürsəti əlindən buraxdığına görə Qaplan özünü danlamaq üçün bir iki ağız da hürdü:

– Uuuuaaa, uuuuaaa!

Bax belə.

Oxunub 9580 dəfə