Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« February 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28      

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 30 Avqust 2012 11:06

XEYİRLİ MƏSLƏHƏTLƏR

XEYİRLİ MƏSLƏHƏTLƏR

Fin nağılı

b
iri vardı, biri yoxdu, bir yetim oğlan vardi.
О çox yoxsul idi, günlərlə ас qalırdı. Bir gün о səyahət etmək fikrinə düşdü. Bəlkə bəxti gətirdi, dolanacaq tapdı. Az getdi, çox getdi, axşama yaxın ac-yalavac, yorğun halda bir meşəyə çatdı. Gördü ki, cələdə bir meşə quşu özünü ora bura çırpır. Oğlan sevindi:

-      İndi bu quşu qızardıb yeyərəm!

Bu vaxt quş insan kimi dilə gəldi:- Xeyirxah yolçu, mənə rəhmin gəlsin, cələdən çıxar.

Oğlanın ürəyi yumşaq idi, о quşu azadlığa buraxdı. Quş qanadlarını çırpdı və dedi:

-      Yaxşılığının əvəzində sənə belə bir məsləhət vermək istəyirəm. Bu

yolla get, böyük bir palıd ağacına rast gələcəksən, ağaca çıx və bütün gecəni ağacda keçir. Sonrasını özün görəcəksən.

Oğlan həmin yolla getdi, ağacı gördü, ona çıxdı, möhkəm bir budaqda özünə yer eləyib oturdu. Birdən oğlan palıd ağacının altında kimlərinsə danışdığını eşitdi. Diqqətlə qulaq asmağa başladı, gördü ki, üç cırtdan söhbət edir.

-      Eşitmisiz? -cırtdanlardan biri dedi. - Kral sarayındakı bağda bulaq

quruyub, amma əvvəllər ordan elə təmiz su axırdı ki! Amma bulağın yaxınlığındakı şam ağacını kəsmək, onun köklərini qazıyıb çıxarmaq kimin ağlına gələr axı, onda bulaqdan yenə də su axacaq.

-      Mən də bir sirr bilirəm, - dedi о biri cırtdan. - Kral meşəliyində

əvvəllər çox sığın olardı, amma indi bir dənə də yoxdur. Amma krа1 bilmir ki, sığınlar bağın qapısından asılmış sığın buynuzlarından qorxurlar. Həmin buynuzları ordan götürsələr, sığınlar dərhal geri qayıdacaqlar.

-      Mənim də bildiyim bir sirr var, - dedi üçüncü cırtdan. -Kralın

gözünün ağı-qarası bircə qızı uzun illərdir ki, xəstə yatır. Heç bir həkim onun dərdinin dərmanını bilmir. Amma onu günəşin doğuşundan əvvəl bağa çıxarsalar və üzünə şeh suyu çiləsələr, şahzadə qız dərhal sağalacaqdır.

Cırtdanlar söhbətlərini bitirib getdilər. Oğlan hər şeyi yadında saxladı, səhər ağacdan düşüb krаl sarayına işə düzəlməyə getdi.

-      Su daşıyan işləyərsənmi? - oğlandan soruşdular. - Biz indi su­yu

saraya uzaqdan gətiririk. Əvvəl bağımızda bir bulaq vardi, amma indi о quruyub.

Oğlan bulağın olduğu yeri nəzərdən keçirdi, yaxınlıqdakı şam ağacını gördü və dedi:

-      Əgər bu ağacı kəssək, köklərini qazıb çıxarsaq, su yenə axacaq.

Ağacı kəsdilər, köklərini qazdılar, yenə də bulaqdan göz yaşı kimi dumduru su axmağa başladı.

Kral oğlanı yanına çağırıb soruşdu:

-      Bəlkə sən sığınları bura qaytarmağın yolunu da bilirsən? Əvvəllər

onlar burda sürü ilə gəzərdilər, amma indi yoxa çıxıblar.

-      Bu çox asandır, əlahəzrət, - deyə oğlan gülümsədi. - Yalnız sığın

buynuzlarını bağın darvazasından çıxarmaq lazımdır. Vəssəlam.

Kral buynuzları darvazadan çıxarmağı əmr etdikdən dərhal sonra sığınlar bağda gəzməyə başladılar.

-      Sən çox xeyirli məsləhətlər verirsən, - kral lütfkarlıqla bildirdi

-      Qızımı da ağır dərddən qurtara bilərsənmi? Gör neçə ildir xəstədir.

-      Şahzadə qızı günəşin doğmasından əvvəl bağa aparın və üzünə şeh

suyu çiləyin, - deyə oğlan təklif etdi. - О zaman qız sağalacaqdır.

Kral qızını bağa apardı, üzünə şeh suyu çilədi qız dərhal sağaldı.

Kral oğlana təşəkkür etmək istədi.

-      Qalıb sarayda yaşa, - dedi o. - Mənim baş məsləhətçim olarsan.

О vaxtdan bəri oğlan sarayda yaşamağa başladı və xoşbəxt ömür sürdü.

Oxunub 4160 dəfə