Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 08 Dekabr 2011 15:29

YALANÇI ŞAHZADƏ NAĞILI

Vilhelm Hauf

YALANÇI ŞAHZADƏ NAĞILI

(tərcümə edəni Səkinə Hüseynova)

b
ir zamanlar yer üzündə Ləbəkan adında fağır bir dərzi şagirdi yaşardı, dərzilik sənətini də İsgəndəriyyə şəhərində mahir bir ustadan öyrənmişdi. Heç kəs deyə bilməzdi ki, Ləbəkan əlində iynəni tuta bilmir, əksinə, onun əlindən çox zərif iş çıxırdı. Ona tənbəl demək də ədalətsizlik olardı, amma nəsə bir nöqsanı vardı: gah saatlarla tikişdən ayrılmırdı, iynə əlində qızır, sap alışıb yanırdı, gördüyü işin də misli-bərabəri olmurdu. Başqa vaxt da, həm də tez-tez oturub fikrə gedirdi; belə vaxtlarda gözünü uzaqlara dikir və elə qəribə görkəm alırdı ki, onun sahibi də, başqa şagirdlər də ona baxıb deyirdlər: «Ləbəkan yenə özünə əsil-nəcabətli adam görkəmi verib!»

Cümə günləri, adamlar ibadətdən evlərinə, iş-güclərinə qayıdan vaxt Ləbəkan, böyük zəhınət və məhrumiyyətlər bahasına aldığı qəşəng libas əynində, məsciddən çıxıb, asta-asta, vüqarlı yerişlə şəhərin meydanlarını, küçələrini gəzirdi. Ona rast gələn dostlarından birisi: «Salaməleyküm!», ya da: «Necəsən, dostum Ləbəkan?» deyəndə, o, hörmətlə ona əl eləyir, ya da uzaqbaşı özünü çəkə-çəkə başını tərpədirdi. Əgər sahibi zarafatla «səndən nə şahzadə olardı!» desəydi, Ləbəkan sevinər, cavab verərdi: «Siz də bunu hiss eləmisiniz?», ya da deyərdi: «Мәn özüm çoxdan bu fikirdəyəm!»

Fağır dərzi şagirdi Ləbəkan bir xeyli vaxt özünü bu sayaq apardı, sahibi də onun səfehliyinə dözdü, çünki о, pis adam deyildi, yaxşı da sənətkardı. Amma günlərin birində sultanın qardaşı Səlimin yolu İsgəndəriyyədən düşdü, toy libasının harasını isə düzəltmək üçün onu dərziyə göndərdi, dərzi də libası Ləbəkanа verdi, çünki ən zərif işləri o, görürdü. Axşam sahib və usta şagirdləri işdən sonra evə dağılışanda, hansı bir qüvvəsə Ləbəkanı geri, hökmdarın qardaşının libası asılmış dərzixanaya çəkdi. Libasın qızılı tikməsinə, məxmərin, ipəyin parıltısına tamaşa edə-edə xeyli vaxt fikirli-fikirli dayandı. Özünü saxlaya bilməyib, libası geydi, libas da elə bil əyninə biçilmişdi. Otaqda о baş-bu başa gedə-gedə Ləbəkan öz-özündən soruşurdu: «Yəni mən şahzadəyə oxşamıram? Sahib özü demirdimi mən anadan elə şahzadə doğulmuşam? » Libasla bərabər onda elə bil şahanə ədalar da yarandı; o, doğrudan da özünü əsl şahzadə hesab eləyib, elə о adla da uzaq ölkələrə səfərə çıxmaq qərarına gəldi; zahiri yazıq görkəmi arxasında onun əsil-nəcabətini görməyən bu axmaq adamlar diyarından uzaqlaşmağı qət elədi. Bu dəb-dəbəli libası sanki xeyirxah pəri ona yetirmişdi, buna görə həmin misilsiz bəxşişi əldən vermək istəmədi, Kasıb düyünçəsini qoltuğuna vurub, zülmət gecədə İsgəndəriyyənin darvazasından çıxdı:

Yol uzunu təzə şahzadə hamını heyrətdə qoyurdu, çünki dəb-dəbəli libas və təmkinli, şahanə yerişi piyada yol getməyilə qətiyyən tutmurdu. Bunu ondan sual edəndə, о, sirrlimüəmmalı görkəm alır və cavab verirdi ki, bunun xüsusi səbəbləri var. Lakin piyada səyahətin onu gülünc hala saldığını lap yəqin eləyən vaxt ucuz qiymətə bir qoca yabı aldı; özünü mahir atminən kimi göstərmәк və gülünc vəziyyətə düşməmək üçün sakit, fağır yabı elə onun ürəyincə idi, çünki bu işlərdə səriştəsi yoxdu.

Bir dəfə, yabısı addım-addım yeriyən vaxt bir süvari ona qoşuldu və rica etdi ki, ona yoldaş olmağa izn versin, yoldaşla söhbət yolu qısaldır. Süvari deyən-gülən, qəşəng bir oğlandı, rəftarı da xoşdu. Ləbəkanla ordan-burdan söhbət elədi, məlum oldu ki, о da səfərə eləbelə, məqsədsiz çıxıb. Dedi ki, adı Ömərdir, bədbəxt Qahirə paşası Əlfi bəyin qardaşı oğludur, əmisinin ölüm yatağında verdiyi əmri yerinə yetirmək üçün səfərə çıxıb. Ləbəkan öz işləri barədə çox da səmimi danışmadı, amma bildirdi ki, əsil-nəcabətlidir və kef üçün səfərə çıxıb.

Cavanlar bir-birinə xoş gəldilər və yollarına birgə davam elədilər. Səfərlərinin ertəsi günü Ləbəkan yol yoldaşından soruşdu ki, о hansı əmri yerinə yetirməlidir və heyrət içində bu sözləri eşitdi: Qahirə paşası Əlfi bəy Ömərə lap uşaqlıqdan tərbiyə verib, о öz ata-anasını tanımır. Amma Əlfi bəyə düşmən hücum eləyəndə, Əlfi bəy də üç həmlədən sonra ağır yaralanıb qaçmağa məcbur olanda, öz yetirməsinə sirri açıb, deyib ki, Ömər əsla onun qardaşı oğlu deyil, qüdrətli bir hökmdarın oğludur; münəccimlərin qabaqcadan xəbər verməsindən qorxuya düşən hökmdar balaca şahzadəni özündən uzaqlaşdırıb, and içib ki, ancaq iyirmi iki yaşına çatanda onu görəcək.

Əlfi bəy atasının adını ona deməyib, amma mоһkәm tapşırıb ki, gələn ramazan ayının dördüncü günü, onun iyirıni iki yaşı tamam olan gün İsgəndəriyyənin günçıxanına dörd günlük yol üstündəki məşhur Əl-Zaviyə tağının yanına getməlidir; Əlfi bəyin verdiyi xəncəri gələn adamlara göstərib deməlidir: «Мәn sizin axtardığınız adamam». Hərgah onlar «Səni saxlamış peyğəmbərə şükür» cavabını versələr, onların ardınca düşüb getməlidir, həmin adamlar onu atasınım yanına aparacaqlar.

Dərzi şagirdi Ləbəkan bu əhvalata yaman təəccüb elədi; bu gündən şahzadə Ömərə paxıllıqla göz yetirməyə başladı, ürəyində hirsləndi ki, qüdrətli paşahın qardaşı oğlu sayılsa da, bəxti Ömərə hətta hökmdar oğlu kimi şərəfli ad verib, amma şahzadəyə xas bütün ləyaqətlərə malik Ləbəkanın qismətinə adi ömür yolu düşüb, elə bil taleyi ona rişxənd eləyib. О özünü şahzadə ilə müqayisə edir və istəmədən boynuna alırdı ki, Ömərin zahiri qəşəngdir, qaynar gözləri, düz burnu, mülayim, mehriban rəftarı var, xülasə, o, һаmının ürəyinə yatan ləyaqətlərə malikdir. Yol yoldaşında bütün bu ləyaqətləri görmüş olsa da, Ləbəkan özlüyündə belə hesab edirdi ki, onun kimi şəxsiyyət şah atanın ürəyinə əsl şahzadədən daha artıq yatar.

Bu fikirlər dərziyə bütün günü rahatlıq vermədi, növbəti düşərgahda о elə həmin fikirlərlə də yuxuya getdi; səhər oyanıb, xoşbəxtliyinə arxayın halda rahatca yatmış Ömərə nəzər salanda beynində bir fikir qaynadı: dönük taleyin ona qıymadığı şeyi hiylə, ya da zorla əldə eləmək. Vətəninə qayıdan Şahzadənin əsas nişanəsi olan xəncər yatmış oğlanın Kəmərinə sancılmışdı. Ləbəkan onu astaca çıxarıb, sahibinin göksünə vurmaq istədi. Lakin qatillik fikri dərzi şagirdinin dinc təbiətinə zidd olduğundan, ancaq xəncəri götürdü və şahzadənin oynaq atını yəhərlədi; Ömər yuxudan oyananda gördü ki, heç nəyə ümid qalmayıb, xain yol yoldaşı onu qabaqlayıb, ordan çox uzaqlaşmışdır.

Şahzadəni soymağı ramazan ayının ilk gününə düşürdü, yaxşı bələd olduğu Əl-Zaviyə tağının yanına vaxtında çatması üçün Ləbəkanın hələ dörd günü vardı. hərçənd ora iki günlük yoldu, Ləbəkan yenə də tələsirdi, qorxurdu ki, əsl şahzadə özünü ona çatdıra bilər.

ikinci günün axşamı Ləbəkan uzaqdan Əl-Zaviyə tağını gördü. Tağ geniş vadidə, yastı bir təpənin üstündə idi və iki-üç saatlıq yoldan gözə dəyirdi. Onu görəndə Ləbəkanın ürəyi çırpındı, amma özünü başqa adam əvəzində necə təqdim edəcəyini götürqoy е1әmәк üçün f ikirləşınəyə iki gün vaxtı vardı; ləkəli vicdanı onu bir az utandırsa da, şahzadə olmaq üçün doğulduğu fikri onu ruhlandırdı, o, məqsədinə doğru inamla addımladı.

Əl-Zaviyə tağının ətrafı boş çöllükdü, hərgah bir neçə günlük azuqə ehtiyatı götürməsəydi, təzə şahzadənin işi çətin olacaqdı. O, qismətini gözləyə-gözləyə dincəlmək üçün xurma ağacının altında, atının yanında oturdu.

Səhəri gün, günortaçağı gördü ki, vadi ilə üzüyuxarı, Əl-Zaviyə tağına sarı atlı-dəvəli böyük bir dəstə gəlir. Dəstə, tağın ucaldığı təpənin yanında dayandı; hamı da ipək çadırda yerbəyer oldu. Adətən zəngin paşaların, şeyxlərin karvanı düşərgə salanda bu sayaq çadır qurardılar. Ləbəkan başa düşdü ki, bütün bu camaat bura onun xətrinə gəlib və gələcək hökmdarlarını həvəslə elə bu gün onla­ra təqdim edərdi, amma özünü şahzadə kimi göstərmək həvəsini cilovladı, şöhrət ümidi ilə səhərə qədər gözləməyi qərara aldı.

Doğan günəş xoşbəxt dərzinin ömrünün ən bəxtiyar gününə, öz mənasız ömrünün əvəzinə, hökmdar oğlunun gözəl bəxtinə şəfəq saçdı.

Düzdür, atını cilovlayıb, tağa tərəf getmək istərkən, bu şərəfsiz hərəkətinə görə əhvalı bir az dəyişdi; gözəl arzuları puç olmuş əsil şahzadə oğlu Ömərin kədəri aydın şəkildə ona əyan oldu, Lakin qisməti belə idi və geriyə yol yoxdu. Təkəbbürü isə qulağına pıçıldayırdı ki, onun əzəmətli görkəmi var və qüdrətli hökmdarın oğlu kimi şahın hüzuruna cəsarətlə gələ bilər. Bu fikrindən ürəklənib atın belinə qalxdı, bütün cürətini toplayıb dörd nala çapdı, on beş dəqiqəyə özünü təpənin yanına yetirdi. Atdan düşüb, atını təpənin dövrəsində sıx bitmiş kollardan birinə bağladı, sonra Ömərin xəncərini kəmərindən çıxarıb, təpəyə dırmaşmağa başladı; təpənin ətəyində altı kişi şahanə görkəmli, təmkinli bir qocanın dövrəsində dayanmışdı; dəb-dəbəli, qumaş əbanın üstündən ağ kəşmir şalından kəmər bağlanmışdı, daş-qaşla bəzənmiş çalma bu qocanın əsilzadə, zəngin bir şəxs olduğuna dəlalət edirdi.

Ləbəkan düz onun yanına getdi, baş əydi və xəncəri ona uzadıb dedi:

Mən sizin axtardığınız adamam. Sevincdən qocanın gözü yaşardı:

Səni pənahında saxlamış peyğəmbərə min şükürlər olsun! -dedi. - Qoca atanı qucaqla, istəkli övladım Ömər!

Bu təmtəraqlı sözlərdən həssas dərzinin ürəyi riqqətə gəldi, həyaqarışıq sevinclə özünü qoca hökmdarın qucağına atdı.

Fəqət bu bəxtiyarlıq aləmində o, yalnız bir anlıq pərvaz eləyə bildi, qoca şahdan aralanan kimi gördü ki, vadi boyunca təpəyə sarı bir atlı gəlir. Atlının da, atın da görkəmi çox qəribə idi: yorğunluqdanmı, tərslikdənmi, nədənsə at yerimək istəmir, dəqiqəbaşı büdrəyir, yortma yerişlə, addım-addım yeriyir, süvari də əliayağı ilə onu qabağa itələyirdi. Ləbəkan öz atını və əsil şahzadəni о dəqiqə tanıdı, amma riya, yalan kabusu ürəyinə girdiyindən, qərara aldı ki, heç nədən qazandığı haqqı var qüvvəsi ilə qorusun.

Uzaqdan görünürdü ki, süvari nəsə işarə eləyir. Atın asta yerişinə baxmayaraq, o, təpənin ətəyinə yaxınlaşdı, atdan yerə tullandı və təpəni üzüyuxarı dırmaşmağa başladı.

-      Dayanın! - qışqırdı. - Hər kimsinizsə, dayanın və alçaq riyakarın yalanına inanmayın! Mən Ömərəm, vay о adamın halına ki, mənim adımla xainlik eləmiş olsun!

İşin belə gözlənilməz halda dəyişməyindən tağın yanında dayanmış adamların üzündə dərin heyrət ifadəsi göründü, amma hamıdan artıq, qoca heyrətdən quruyub qalmışdı, çaşqın halda gah ona baxırdı, gah buna. Lakin Ləbəkan saxta təmkinlə sözə başladı:

-      Möhtərəm ata və hökmdar, bu adamın sözlərinə fikir verməyin. Eşitdiyimə görə, bu, İsgəndəriyyəli dəli bir dərzi şagirdidir, adı Ləbəkandır və sizin qəzəbinizə yox, mərhəmətinizə layiqdir.

Bu sözlər şahzadəni hiddətləndirdi, hirslənib Ləbəkanın üstünə atılmaq istədi, lakin ordakılar araya girib onu saxladılar, hökmdar isə dedi:

-      Bəli, əziz oğlum, doğru deyirsən, yazığın həqiqətən ağlı çaşıb! Əl-qolunu sarıyıb onu bizim birküvənli dəvələrdən birinin üstdə oturdun. BəIkə, bu bədbəxtə bir köməyimiz dəydi.

Şahzadənin qəzəbi yatdı, o, hıçqıra-hıçqıra hökmdara üz tutdu:

-      Ürəyimə damıb ki, siz mənim atamsınız, anamın xatirinə, sizi and verirəm, mənim sözlərimi dinləyin. hökmdar cavab verdi:

- Xeyr, Allah eləməsin. Yenə tutması başladı, belə gərəksiz sözlər adamın fikrinə hardan gələ bilər axı?!

Bu sözləri deyib Ləbəkanın əlindən tutdu və onu özünə dayaq edib, təpəni endi, ikisi də gözəl, yəhərli кәһәr atlara minib, dəstənin başında, vadi boyunca hərəkət etdilər. Zavallı şahzadəninsə qollarını daldan bağladılar, özünü də dəvəyə möһkәm sarıdılar; yanınca iki atlı gedir və onun hər hərəkətini izləyirdi.

Qoca şah, Vahabilər sultanı Səud idi. Uzun illər onun övladı olmadı. Nəhayət, Allah ona həsrətində olduğu oğul əta elədi, ancaq uşağın gələcəyini qabaqcadan xəbər verən münəccimlər dedilər ki, iyirmi iki yaşına kimi onun başında bəla var, onun yerini düşməni tutacaq. Bu səbəbdən, bəlanı sovuşdurmaq niyyətilə, sultan oğlunu köhnə, sadiq dostu Əlfi bəyin yanına göndərdi və iyirmi iki il oğlunu görmək həsrətində yaşadı. Sultan bütün bunları yalançı oğluna danışdı və onun sözlərindən, rəftar və davranışından razı qaldığını bildirdi.

Sultanın vilayətinə yetişəndə, camaat onları sevinc nidaları ilə qarşıladı, çünki şahzadənin gəlişi barədəki xəbər kəndlərə, şəhərlərə ildırım sürətilə yayılmışdı. keçdikləri küçələrdə budaqlardan, çiçəklərdən tağlar düzəldilmiş, evlərin eyvanlarından əlvan xalılar asılmışdı; adamlar Allaha, peyğəmbərə şükür eləyirdilər ki, sultana bu cür oğul verib. Bu gördüklərinin hamısı şöhrətpərəst dərzinin ürəyini fərəhlə doldururdu; dəvəyə bağlanmış, ümidsiz halda, qəm-kədər içində dəstənin ardınca gələn əsl şahzadə «Ömər isə, yəqin ki, özünü çox bədbəxt hiss eləyirdi. Ümumi şənlikdə o, heç kimin yadına düşmürdü, halbuki şənlik elə ona aid idi. Min ağızdan Ömər adı aramsız eşidilir, amma bu adı haqqı ilə daşıyan adama heç kəs fikir vermirdi. Hərdən kim isə soruşurdu ki, bu dəvəyə sarınan kimdir, onun yanınca gələnlərin «dəli dərzidir» sözləri şahzadəyə əzab verirdi.

Dəstə, nəhayət, gəlib sultanın paytaxtına çatdı; burda təntənəli görüşə hazırlıq başqa şəhərlərə nisbətən daha dəb-dəbəli idi. Sultanın yaşlı, möhtərəm xanımı onları bütün əsabələri ilə sarayın baş otaqlarından birində gözləyirdi. Otağa iri fərş döşənmişdi, divarlara vurulmuş qızıl qotazlı mavi parça qızıl iplərlə gümüş qarmaqlardan asılmışdı.

Dəstə saraya yetişəndə hava qaralmışdı, buna görə zalda rəngbərəng çıraqlar yandırılmış, otaq gündüz kimi işıqlı olmuşdu. Çıraqlar zalın içərilərini, xanımın əyləşdiyi taxtın ətrafını daha gur işıqlandırırdı. Qızıl, daş-qaşlı taxtın yanına dörd pillə qalxırdı. Dörd nəcabətli əmir xanımın başı üzərində bəzəkli örtük tutmuşdu, Medi­na şeyxi isə tovuzquşu lələyindən olan yelpiklə onu yelnikləyirdi.

Sultanım xanımı beləcə oturub, sultanı və oğlunu gözləyirdi; о da oğlunu doğulduğu gündən görməmişdi, amma yuxularına о qədər girmişdi ki, həsrətini çəkdiyi balasını min adamın içindən tanıya bilərdi. Budur, yaxınlaşan dəstənin uğultusu eşidildi; saray həyətindən çaparaq keçən atların nal səsləri ötdü, addım səsləri yaxınlaşdı, zalın qapısı açıldı və oğlunun əlindən tutmuş sultan üzü üstə düşmüş nökər-naibin arasından keçib taxta yaxınlaşdı.

Çoxdan həsrətini çəkdiyini yanına gətirmişəm, - dedi. Xanımı onun sözünü kəsdi:

-            Bu, mənim oğlum deyil! Yuxuda peyğəmbərin mənə nişan verdiyi surət deyil bu!

Mövhumi şeylərə inandığı üçün sultan onu məzəmmət eləmək istəyirdi ki, zalın qapısı açıldı, şahzadə Ömər özünü içəri saldı; əllərindən zorbəla qaçıb qurtardırı gözətçilər də onu izləyirdilər. Nəfəsi tənkimiş Ömər taxtın ayağında diz çökdü.

-      Mən burdaca ölmək istəyirəm! Zalım ata, əmr elə məni öldürsünlər, çünki daha bu rüsvayçılığa dözə bilmirəm!

Bu sözlər hamını çaşdırdı, yazığı dövrəyə aldılar. Özlərini yetirmiş gözətçilər də onu yaxalamaq istəyirdilər ki, təzədən əl-qolunu sarısınlar. Bu əhvalata dinmədən, heyrətlə baxan sultanın xanımı taxtdan dik qalxdı. Ucadan:

-      Əl saxlayın! - dedi. - Əsl şahzadə budur! heç vaxt üzünü görmədiyim, ancaq ürəyimdə gəzdirdiyim oğlumdur!

Gözətçilər, ixtiyarsız, Ömərdən aralandılar, lakin qəzəbindən od götürmüş sultan onlara əmr elədi ki, dəlinin əl-ayağını sarısınlar. Amiranə ahənglə dedi:

-      Burda qərarı mən verirəm, burda arvad sözü ilə iş görmürlər, əsl nişanələrə görə һökm verirlər. Bax, mənim oğlum budur, (o, Ləbəkanı göstərdi), çünki о mənə şərti nişan olan Əlfi bəyin xəncərini gətirib.

Ömər çığırdı:

-      O, xəncəri oğurlayıb! Mənim səmimiyyətimə xəyanət eləyib! Ancaq sultan öz oğlunun sözünü qulaqardına vurdu, çünki hər işdə yalnız şəxsi mühakiməsini inadla əsas tuturdu, buna görə yazıq Öməri zorla otaqdan çıxarmağı əmr elədi; özü isə Ləbəkanla yataq otağına çəkildi, ürəyində, iyirmi beş il mehriban yaşadığı arvadına qəzəbi coşub-daşırdı.

Sultanın xanımına isə bu əhvalat böyük dərd olmuşdu, o, yəqin bilirdi ki, həyasız yalançı sultanın ürəyinə girib. O, yuxularında bu bədbəxtin surətini görmüşdü, ona əyan olmuşdu ki, oğlu budur.

Dərdi bir az dağılanda sonra, ömür yoldaşının haqsız olduğuna onu necə inandırmaq üçün yollar fikirləşməyə başladı. Əlbəttə, bu, asan iş deyildi, çünki özünü onun oğlu kimi qələmə verən adamda şərti nişanə olan xəncər vardı; bilirdi ki, bu adam Ömərin keçmişi barədə onu о qədər sorğu-suala tutub ki, indi onun əvəzinə çaşmadan iş görür.

Xanım sultanla Əl-Zaviyə tağına getmiş adamları hüzuruna çağırdı ki, əhvalatı yerli-dibli öyrənsin, sonra öz уахın kənizləri ilə bərabər əhvalatı götür-qoy eləsin. kənizlər cürbəcür yollar təklif elədilər. Nəhayət, qoca, ağıllı çərgəz arvad Məlihzalə belə dedi:

-      Möhtərəm hökmdar xanım, əgər mən düz başa düşmüşəmsə, xəncəri təqdim eləyən adam sənin öz oğlun bildiyin adama dəli dərzi Ləbəkan deyib?

Xanım:

Bəli, doğrudur, - dedi, - bunu neyçin soruşursan? kəniz sözünə davam elədi:

Sizə elə gəlmirmi ki, о kələkbaz ona öz adını qoyub? Hərgah belədirsə, о hiyləgərin kələyini açmaq üçün yaxşı bir vasitə bilirəm, amma onu sizin qulağınıza pıçıldayacağam.

Xanım qulağını ona sarı tutdu, kəniz də ona xoş gələn məsləhət verdi; xanım həmin dəqiqə sultanın hüzuruna yollanmaq qərarına gəldi.

Xanım ağıllı qadındı, sultanın da zəif damarını tuta bilirdi. Buna görə özünü elə apardı ki, guya onun sözündən çıxmır, həmin adamı oğlu kimi qəbul eləyir, amma bir şərti var. Acığı soyumuş, qəzəbini saxlaya bilmədiyinə peşman olmuş sultan onun şərtinə razı oldu. Xanım da belə dedi:

-      Mən onların ikisinin də zirəkliyini yoxlamaq istərdim. Bir başqası bəlkə də onları at çapmağa, qılınc oynatmağa, nizə atmağa məcbur elərdi, ancaq bunu hər kəs bacarır, mənsə istəyirəm ki, onla­ra belə bir tapşırıq verim, bu işdə fəhm gərək olacaq. Qoy hərəsi bir uzunətəkli don, bir dənə də şalvar tiksin, biz də baxaq görək hansı yaxşı tikir.

Sultan gülüb cavab verdi:

-      Gör nə ağıllı tədbir fikirləşmisən! Yəni mənim oğlum sənin dəli dərzinlə bəhsə girsin ki, görək hansı yaxşı don tikәсәк? Yox, bu, bir iş deyil!

Lakin xanım sultanın yadına saldı ki, əvvəlcədən onun şərtinə razı olub, həmişə sözünün üstündə duran sultan da təslim oldu, an­caq and da içdi ki, dəli dərzi necə qəşəng don tikirtiksin, yenə onu öz oğlu hesab eləməyəcək.

Sultan özü oğlunun yanına gedib, anasının şıltağına boyun əyməyi ondan xahiş elədi, dedi ki, o, mütləq oğlunun öz əli ilə tikdiyi donu görmək istəyir. Sadəlöv Ləbəkanın sevindiyindən ürəyi uçdu. Fikirləşdi: «Hərgah iş təkcə bundadırsa» «sultanın xanıınını razı sala bilərəm».

Sarayda iki otaq ayırdılar, birini şahzadə, о birini də dərzi üçün; orda onlar öz ustalıqlarını göstərməli idilər, həm də hərəsinə ancaq lazım olacağı qədər ipək, qayçı, iynə və sap verilmişdi.

Sultan çox maraqlanırdı ki, oğlu necə don tikəcək, amma xanımın da ürəyi təşvişdə idi: görəsən bu qurğusu bir nəticə verəcəkdimi? İşi qurtarmaq üçün hərəsinə iki gün möhlət verilmişdi. Üçüncü gün sultan xanımını çağırtdırdı, xanım gələndə də ustaların dalınca adam göndərdi ki, tikdikləri donları gətirsinlər. Üstün gələcəyinə sevinən Ləbəkan içəri girən kimi, hazırladığı libası heyrətlə ona baxan sultanın qarşısında açıb sərdi.

-      Bir bax, atacan, - dedi. - Bir bax, möhtərəm anam, məgər bu libasın misli-bərabəri tapılarmı? Ən mahir saray dərzisi ilə mərc gələrəm ki, bundan yaxşısını tikə bilməz.

Sultanın xanımı qımışdı və Ömərə xitab elədi:

-      Bəs sən nə tikmisən, oğlum?

Ömər ipəyi də, qayçını da hirslə yerə çırpdı:

-      Mənə at cilovlamağı, qılınc oynatmağı öyrədiblər, mən nizəni altmış addımdan nişangaha sancıram, dərzilik sənəti isə mənə yaddır, Qahirə hökmdarı Əlfi bəyin tərbiyəsini görmüş cavana bu heç yaraşmaz da.

Xanım sevinclə:

-      Bəli, sən mənim sahibimin əsl oğlusan! - dedi. -

Gəl səni bağrıma basım, sənə oğul deyim! - Sonra sultana xitab elədi: bağışla məni, ağam, hökmdarım, bağışla ki, bu kələyə əl atmalı oldum. Məgər indi görmürsünüz şahzadə kimdir, dərzi kim? həqiqətən, sizin oğlunuzun tikdiyi don qiyamətdir. Mən bilmәk istərdim ki, о hansı ustanın yanında sənət öyrənib.

Sultan dərin fikrə dalıb oturmuşdu, gah arvadına, gah da belə axmaqcasına özünü ifşa eləmiş, həyadan, peşmançılıqdan qızarıb pörtmüş Ləbəkanа baxırdı.

Sonra dedi:

-      Bu sübut da kifayət deyil. Mən aldanıb-aldanmayacağımı yoxlamaq üçün bir vasitə tapmışam.

Sultan əmr elədi kəhər atını hazırlasınlar, atın belinə qalxıb, şəhər kənarındakı meşəyə sarı çapdı. Rəvayətə görə orda savab işlər görən pəri Adilzəidə yaşayırdı, əvvəllər də о ağır zamanlarda sultanın nəslindən olan hökmdarların köməyinə gəlibmiş; sultan da kömək üçün onun yanına çapırdı,

Meşənin ortasında sidr ağaclarının dövrələdiyi bir tala vardı. Rəvayətə görə, pəri burda yaşayırdı, bir bəniinsan da qorxudan ora ayaq basmamışdı, çünki bu yerin vahiməsi nəsildən-nəslə keçirdi.

Həmin yerə çatanda sultan atdan endi, atı ağaca bağlayıb, talanın ortasında dayandı, gur səslə xitab elədi: «Əgər bu düzdürsə ki, sən ağır zamanlarda mənim ata-babamdan xeyirxah məsləhətini əsirgəməmisən, onda onların nəvəsinin də ricasını yerə salma, insan ağlının gücü çatmayan işdə köməyimə gəl!»

Son sözlər dilindən çıxan kimi sidr ağaclarından biri yarıldı, ordan başdan-ayağa ağ geyinib, örtüyə bürünmüş bir qadın çıxdı.

-      Bilirəm yanıma nəyə görə gəlmisən, sultan Səud! Niyyətin safdır, bu səbəbdən sənin ricanı rədd eləməyəcəyəm. Al bu iki mücrünü, qoy özlərini sənin oğlun hesab eləyən cavanlar istədikləri mücrünü seçib götürsünlər; bilirəm ki, sənin əsl oğlun lazım olanı götürəcək. - Örtüyə bürünmüş qadın bu sözləri deyib, qızılla, daş-qaşla işlənmiş fil sümüyündən olan iki balaca mücrünü sultana verdi; sultanın aça bilmədiyi qapaqların üstündə almaz qaşlardan yazılar vardı.

Qayıdanbaş sultan hey fikirləşirdi ki, görəsən mücrülərin içindəki nədir, qapaqlarını da aça bilmirdi; yazılardan da sirri bilmәk olmurdu, çünki birinin üstündə «Şərəf və şöhrət», о birinin üstündə «Xoşbəxtlik və dövlət» sözləri һәkk olunmuşdu. Sultan ürəyində düşündü ki, bu iki yazıdan birini seçmək onun özü üçün də çətin olardı, çünki hər ikisi aldadıcı, şirnikdirici idi

Saraya qayıdan kimi sultan xanımını çağırtdırdı və pərinin dediyini ona çatdırdı; xanımın ürəyində xoş ümid oyandı. Güman elədi ki, oğul bildiyi о cavan, şah nəslinə şəhadət edən mucrünü seçəcək.

Sultanın taxtı önünə iki miz gətirdilər, mücrüləri sultan öz əli ilə onların üstünə qoydu. Sonra taxta çıxıb, qullarından birinə işarə elədi ki, zalın qapılarını açsın. Sultanın saraya çağırdığı, zərxara geymiş paşalar, əmirlər zala axışdılar və divarboyu salınmış ipək döşəklər üstə oturdular. Hamı əyləşəndən sonra sultan ikinci dəfə işarə elədi. Ləbəkanı zala gətirdilər; qürurla yeriyən Ləbənan zala keçib taxta yaxınlaşdı, diz çöküb sual etdi:

Mənim atanın, hökmdarının əmri nədir? Sultan taxtda yarı qalxıb dedi:

Oğlum, sənin bu adı iddia eləmək haqqın şübhə oyadıb. Bu mücrülərin birində sənin şah nəslin barədə şəhadət var! Seç! Yəqin bilirəm ki, düz seçmiş olacaqsan!

Ləbəkan ayağa durub mücrülərə yaxınlaşdı, çox fikirləşdi hansını götürsün, nəhayət, dilləndi:

-      Möhtərəm ata, sənin oğlun adını daşımaqdan böyük xoşbəxtlik olarmı?! Sənin mərhəmətinin dövlətindən artıq nəcabət ola bilərmi? Mən о mücrünü seçirəm ki, üstündə «Xoşbəxtlik və dövlət» yazılıb.

Sultan:

-      Sənin düz seçib-seçmədiyini biz sonra biləcəyik; hələlik isə, bax, orda, Mədinə paşasının yanında döşəyin üstə otur, - dedi və qullara işarə elədi.

Öməri içəri gətirdilər; üz-gözündən Kədər yağırdı, ona baxan hər kəs halına acıyırdı. O, gəlib taxtın önündə diz çökdü və soruşdu ki, sultanın əmri nədir.

Sultan ona əmr elədi ki, mücrülərdən birini seçsin. Ömər qalxıb mizə yaxınlaşdı. Hər iki yazını diqqətlə oxuyub dedi:

-      Axır günlər dərk elədim ki, xoşbəxtlik necə tezdəyişən, var-dövlət necə ötəri imiş; Lakin həmin günlər onu da dərk elədim ki, igid dəyişilməz bir dövlətə sahibdir, bu da onun şərəfidir, şöhrətin parlaq ulduzu da xoşbəxtliklə bərabər sönmür. Qoy mən tac-taxtdan məhrum olum, qismət nədirsə о olacaq: mən «Şərəf və şöhrət»i seçirəm!

Ömər əlini intixab etdiyi mücrünün üstünə qoydu, Lakin sultan ona əmr elədi ki, əl saxlasın; Ləbəkana da işarə verdi ki, mizə yaxınlaşsın. Ləbəkan da əlini seçdiyi mücrünün üstünə qoydu.

Onda sultan əmr elədi Məkkədən AbiZəmzəmdən bir dolça su gətirdilər, dəstəmaz alıb, üzünü qibləyə tutdu və dua eləməyə başladı: «Еу ata-babanın Allahı, sən yüz illər bizim nəslimizi təmiz, ləkəsiz saxlamısan, rəva bilmə ki, Abbasilər adını bir şərəfsiz ləkələsin! Bu imtahan günündə mənim doğma oğlumu öz pənahında saxla!»

Sultan ayağa qalxıb yenə taxta çıxdı; ordakıların hamısı intizar içində quruyub qalmışdı, nəfəs belə çəkmir, gərgin sükut içində gözləyirdilər, arxada dayananlar boyunlarını uzadır, mücrüləri görmək İstəyirdilər.

Sultanım səsi sükutu yardı: «Mücrüləri açın!» Heç bir qüvvə ilə açılmayan mücrülər qəfildən öz-özünə açıldı.

Ömərin seçdiyi mücrüdə, məxmər balış üstündə qızıl tac və şah əsası, Ləbəkanın seçdiyi mücrüdə isə İri iynə, bir yumaq da sap vardı! Sultan əmr elədi ki, mücrülərin ikisini də ona yaxın gətirsinlər. Balaca balışın üstündəki kiçicik taç sultanın əlində get-gedə iriləşdi, nəhayət, başa qoyulan tac boyda oldu. Sultan tacı qabağında diz çökmüş öz oğlu Ömərin başına qoydu, alnından öpüb, sağ tərəfində oturtdu.

Sonra Ləbəkanа üz tutdu:

-      Belə deyərlər ki, adam gərək yerini bilsin. Sən də yerini bilməlisən, iynə də gərək əlindən düşməsin. Hərçənd mənim mərhəmətimə layiq deyilsən, amma səni bu gün gözəgörünməz xaliqə bağışlayıram. Miskin həyatını əlindən almıram, sağ qalmaq istəyirsənsə, yubanmadan mənim məmləkətimdən uzaqlaş.

Rüsvay, zəlil olmuş yazıq dərzi şagirdi cavab üçün söz tapa bilmədi. Şahzadənin ayaqlarına düşüb, göz yaşı içində yalvardı:

Məni bağışlayarsınızmı, şahzadə? Şahzadə onu yerdən qaldırıb dedi:

Dosta sədaqət, düşmənə mərhəmət Abbasilərin təbiətindədir. Get, Allah amanında!

Əsl oğlumsan! - kövrəlmiş sultan başını oğlunun sinəsinə qoydu.

Əmirlər, paşalar, ölkənin bütün əyanları yerlərindən qalxıb, yeni şah oğlunun ömrünə dua elədilər. Bu şənlik, sevinc nidaları arasında Ləbəkan, mücrü qoltuğunda, astaca saraydan çıxdı.

Sultanın tövləsinə girib, öz yabısını yəhərlədi və şəhər darvazasından keçib, İsgəndəriyyəyə sarı üz tutdu. Şahzadəliyi ona yuxu kimi görünürdü, yalnız inci və almazla işlənmiş gözəl mücrü sübut edirdi ki, bütün bu əhvalat yuxu deyilmiş. İsgəndəriyyəyə yetişib, əvvəlki sahibinin evinə gəldi, atını qapıya bağlayıb, dərzixanaya girdi. Usta onu tanımadı, ədəb-ərkanla soruşdu ki, ona görə nə qulluğu var. Ancaq yaxınlaşanda köһnә dostu Ləbəkanı tanıdı; şagirdlərini çağırdı, hamısı yazıq Ləbəkanın üstünə düşdü; o,belə qarşılanacağını heç gözləmirdi: onu hər tərəfdən itələyir, arşınla vurur, iynə batırır, iti qayçı ilə yaralayırdılar. Haldan düşmüş Ləbəkan, axır ki, özünü köhnə pal-paltarını üstünə saldı, orda taqətsiz düşüb qaldı.

Sahibi onu oğurladığı libasa görə danlayırdı, Ləbəkan da əbəs yerə and içirdi ki, əvəzini qaytarmaq üçün gəlib, vurduğu ziyanı üç qat artıq ödəyəcək. Onun dediyinə heç məhəl qoymurdular. Özünə gəlməmiş, usta və şagirdləri yenə ona hücum çəkdilər, о ki var əzişdirdilər və çıxarıb bayıra atdılar.

Döyülmüş, şilküt olmuş Ləbəkan yabısına minib, Karvansaraya yollandı. Orda yorğun, əzilmiş başını divara söykəyib, namuslu-vicdanlı peşəkar olacağı fikrilə yuxuya getdi. Səhər də həmin niyyətlə oyandı, görünür, ustanın və onun şagirdlərinin ağır yumruqları şöhrətpərəstlik fikirlərini beynindən vurub çıxarmışdı.

Mücrünü baha qiymətə satdı, özünə mülk aldı və dərzixana açdı. Hər səliqə-sahman yaratdı, evin üstünə də belə bir lövhə vurdu: «Ləbəkan. Usta dərzi». Mücrüdəki iynəsapı götürdü, ustanın cırıb parçaladığı əbasını tikməyə başladı. kim isə onu işindən ayırdı, yenidən tikmək istəyəndə isə nə gördü! İynə özü tikir, elə də narın tikiş salırdı ki, Ləbəkan yalnız həvəsə gəldiyi dəmlərdə belə tikərdi.

Doğrudan da xeyirxah pərinin kiçicik töhfəsinin misli yoxmuş! Lakin bu töhfənin başqa bir dəyəri də vardı: iynə nə qədər tikirdisə də, sap yumağı heç vaxt qurtarmırdı.

Ləbəkanın sifarişçiləri artdı, çox keçmədən o, mahalda ən məşhur dərzi oldu; o, paltarı biçir, öz iynəsi ilə kök atır, sonra iynə özü dayanmadan tikir, libas hazır olmayınca dayanmırdı. Şəhərin bütün camaatı paltar tikdirmək üçün Ləbəkanın dərzixanasına axışırdı, çünki о həm gözəl, həm də ucuz tikirdi; İsgəndəriyyə əhalisini bircə şey çaşdırırdı: Ləbəkan köməkçi saxlamırdı və qapını içəridən bağlayıb işləyirdi.

Bəli, mücrünün üstündəki xoşbəxtlik və dövlət vəd edən yazı doğru çıxmışdı, lap çox da olmasa, hər halda xoşbəxtlik və var-dövlət fağır dərzinin qismətinə düşmüşdü. Cavan sultan Ömərin dillərdə gəzən şöhrəti qulağına gəlib çatanda isə bu igidin öz xalqının sevimlisi və iftixarı, düşmənlərin də qənimi olduğunu eşidəndə keçmiş şahzadə ürəyində fikirləşirdi: «Yaxşı ki, elə dərzi olub qaldım, çünki şərəf və şöhrətin başı bəlalıdır!» Özündən razı həmşəhərlilərinin hörmətinin qazanmış Ləbəkan beləcə ömür sürürdü. Hərgah bu günə kimi iynəsi öz qüdrətini itirməyibsə, xeyirxah pəri Adilzəidənin daimi sapı ilə indiyə kimi hələ də dərzilik eləyir.

Oxunub 4602 dəfə