Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« August 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Sevinc-NuriqiziSEVİNC NURUQIZI

Sevinc Nuruqızı 1964-cü il avqustun 22-də Bakı şəhərində anadan olub. 2000-ci ildən uşaq ədəbiyyatına gələn Sevinc Nuruqızı "Çərpələng", “Sarı qız, Dız və Vız”, "İpəkcənin macəraları", “Ciya ilə iki gün”, "Ağca və Cuppulu", "Bapbalaca əlifba", “Paltar dolabında gizlənqaç”, “Qəribə kəndin nağılı”, “Bozqulaq və fəsillər”, ”Muradın yuxusu”, “Aysu və Ay”, “Tap-tapmaca”, “Xortumlu dağ”  və s. uşaq kitablarının müəllifidir. Bu kitablardan əksəriyyəti həm də rus və ingilis dillərində nəşr edilib.  

Dünya uşaq ədəbiyyatından tərcümə etdiyi "Üç tenqu və porsuq", "İssumbosi", “Günəşdən gələn pay”, ”Nağıla bax, nağıla”, “Sarı ağacdələn ordeni”, “Günəşdən gələn pay” və s. kitablar balaca oxuculara gözəl hədiyyədir. Uzun müddət  İctimai Radionun efirində həftənin beş günü canlı yayımlanan "Çoxbilmiş" adlı uşaq verilişinin redaktoru və aparıcısı olub. "Qisas" adlı pyesi Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, "Gəlinciklər" adlı tamaşası Salyan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulub. Bəstəkar Oqtay Rəcəbov Sevinc Nuruqızının librettosu əsasında “Dınqır sazım” adlı uşaq operasını yazıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, ən yaxşı uşaq əsərinə görə 2002-ci il Tofiq Mahmud adına mükafatın laureatıdır.

Hazırda "Təhsil" Nəşriyyat poliqrafiya müəssisəsində böyük redaktor kimi fəaliyyət göstərir və uşaqlar üçün bir-birindən maraqlı əsərlər yazmaqda davam edir.

(Yerləşdirilmə tarixi 2015-04-03)