Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« September 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30            

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 03 Aprel 2015 05:03

Sevinc Nuruqızı

Aysu və dostları

Q
aranlıq gecə idi. Balaca Aysu pəncərədən ulduzlara baxıb dedi:

- Parıldayırlar. Elə bil işıldaböcəklərdir. Amma anam deyir ki, göydə işıldaböcək olmaz. Onlar ulduzlardır.

Aysu danışa-danışa səmaya diqqətlə baxdı. Birdən göydə Ayı gördü. Təəccüblə dedi:

- A...a...a... Yemiş diliminə oxşayır. Mən yemiş istəyirəm.

Aysu ağladı:

- Yemiş istəyirəm... Verin yemiş dilimini mənə.

Oyuncaqlar yuxudan oyandılar. Sonra anası gəldi. Aysunu qucağına alıb pıçıldadı:

- O yemiş dilimi deyil. Aydır.

- Belə Ay olmur. Ay yumru qoğala oxşayır.

Anası dedi:

- Ay indi təzə doğulub. Cəmi 5 gündür. İndi bir dilimdir. Böyüyəndə qoğal kimi olacaq... Gedək yatmağa...

Evdə hamı yatdı. Təkcə gəlincik Saçlıdan başqa. Saçlı pəncərədən Aya baxırdı:

- Yemiş dilimi işıqlıdır. Yəqin həm də dadlıdır. Aysu onu yemək istəyir.

Saçlı yerə hoppandı. Silkələyib bütün oyuncaqları oyatdı:

- Ey, uşaqlar durun. Aysu yemiş dilimi istəyir. Biz səmaya qalxıb onu dostumuza gətirməliyik.

Hamı oyandı. Ayı, ördək, dovşan, tülkü, top, ipatdı kəndiri, fırfıra, rəngli karandaşlar, fincanlar, nəlbəkilər, çəngəllər, tikiş maşını, fil, Hacıyatmaz, pianino, uzunsaç gəlinciklər, diyircəkli araba, çəhrayı telefon, təyyarə. Aysunun bütün oyuncaqları durmuşdu. Ayı qış yuxusundan oyandığı üçün qəzəbli idi:

- Mən düz üç ay yatmalıyam. Qış yuxusuna getmişdim. Məni oyatdılar...

Saçlı onları tələsdirdi:

- Tez olun. Sonra yatarıq. Əlcəkləri geyinin, papaqları qoyun... Getdik.

Hər tərəf ağappaq qar idi. Saçlının təklifi ilə hamı cərgəyə düzüldü. Sıranın əvvəlində Hacıyatmaz, sonunda isə balaca qırmızı karandaş dayanmışdı. Saçlı əmr etdi:

- Sıraya düzülün. Tərpənməyin. Fikirləşin... Yemiş dilimini necə götürmək olar?

Timsah dilləndi:

- Mən tapdım. Kim uça bilirsə, o da gətirər. Məsələn, quş.

Quş sınıq qanadına baxdı:

- Aysu qanadımı sındırıb. Quşlar tək qanadla uça bilməzlər. Onu ancaq fil xilas edə bilər. Xortumuna su doldurub yuxarı atar. Su da yemiş dilimini qopardıb salar.

Fil isti yerlərdə yaşamağa adət elədiyindən soyuqdan göyərmişdi:

- Aysu mənim dostumdur. Ona kömək etmək istəyərdim. Amma mümkün deyil. Çünki Aysu xortumuma tennis topu tıxayıb. Xortumum su püskürmür. Yemiş dilimini yalnız təyyarə gətirə bilər.

Təyyarə kövrəldi:

- Aysu burnumu qırıb. Burnum olmasa, mən havanı yarıb uça bilmərəm...

Pianino salamat qalmış iki-üç dilini tərpətdi:

- Daram...dar...ra...ram... Tapdıq... Fırfıra fırlanıb qarı bir yerə sovursun. Biz qartopular düzəldək. Çəngəllər qartopuları üst-üstə yığsınlar. Olsun yekə bir dağ. Sonra fil bu dağın zirvəsinə çıxsın, xortumunu uzadıb yemiş dilimini götürsün. Qoyaq nimçəyə. Aparaq Aysu yesin.

Hamı işləyirdi. Hacıyatmaz isə keşikdə durmuşdu. Yemiş dilimini oğurlamasınlar deyə, gözlərini göyə zilləmişdi.

Birdən qar yağmağa başladı. Qar dənələri Hacıyatmazın başına tökülürdülər. Töküldülər... Töküldülər... Hacıyatmazın başı ağırlaşdı. Həyatında ilk dəfə başını yerə qoyub yuxuladı. Və yatdı...

Saçlı həyətin ortasında dayanmışdı. Qar dağı yüksəlirdi. Çəngəllər daha yerdə dayanıb qartopuları yükləyə bilmirdilər. Biri filin xortumunun üstündə idi, biri timsahın burnunun. Biri ipatdının başına dırmaşmışdı. Saçlı nəğmə oxuyurdu:

Al, biri də gəldi, bax

Qartopular ağappaq.

Göyə qalxır qar dağı

Qartopudur, sol-sağı.

Gözlə yemiş dilimi

Uzadacam əlimi.

Yeyəcək səni Aysu,

Çin olacaq arzusu.

Hacıyatmaz isə keşikdə yatmışdı. Yuxusunda görürdü ki, göyün tən ortasında bir yemiş dilimi var. Yerdən yemiş diliminə qədər ağappaq bir dağ ucalıb. Dağın zirvəsində fil dayanıb. Fil xortumunu uzadıb yemiş dilimini götürür. Onu yanından asdığı çantasına qoyur. O saat hər tərəf qaranlıq olur. Göz-gözü görmür. Hamı qışqırır: «Kömək edin!» Aysunun səsi gəlir: «Ay uşaqlar, siz nə etdiniz. O yemiş dilimi deyil. Aydır. Sizin səhviniz üzündən bütün dünya qaranlıq olub. Axı ay işıq saçmaq üçündür... »

Külək əsdi. Hacıyatmazın başındakı qar dənələri uçuşdular. Hacıyatmaz o saat yuxudan durdu:

- Mən yatmışdım? Axı hacıyatmazlar yatmırlar. Nə anam yatıb, nə atam, nə babam, nə də ki, nənəm...

Birdən gördüyü yuxu yadına düşdü:

- İndicə Ayı götürəcəklər. Hər yer qaranlıq olacaq. Qaçım Aysunu köməyə çağırım.

Hacıyatmaz Aysunun çarpayısına çatdı. Onu silkələyib oyatdı:

- Aysu, dur. Hər yer qaranlıq olmamış oyuncanqları çağırmaq lazımdır. Dur... Oyuncaqlar Aya çatmağa az qalıblar.

Aysu oyandı:

- Aya?!

Aysu ilə Hacıyatmaz Qar dağının ətəyində idilər. Dağ o qədər hündür idi ki, oyuncaqlar görünmürdülər. Aysu dedi:

- Dağı aşmalıyıq...

Dağ hündür və sürüşkən idi. Onlar güclə qalxırdılar. Aradabir sürüşüb yıxılır, sonra qalxıb yollarına davam endirdilər! Zirvəyə çatmağa tələsirdilər. Yolda üzü üstə düşmüş çəngələ rast gəldilər. O, soyuqdan donmuşdu və yolda yıxılıb qalmışdı. Aysu onu gödəkçəsinin cibində gizlətdi.

Birdən Hacıyatmaz qışqırdı:

- Aysu, biz artıq zirvədəyik. Ora bax...

Aysu zirvədən aşağı boylandı. Oyuncaqlar fındıq boyda görünürdülər. Saçlı yenə hamını sıraya düzmüşdü. Əmr verirdi:

- Fil, dağa qalxmağa hazır ol!

Fil xortumunu qaldırdı:

- Həmişə hazır!

Aysu ilə Hacıyatmaz qışqırdılar:

- Dayanın. Ey... Bir dəqiqə dayanın...

Oyuncaqlar dağın başına baxdılar. Aysu ilə Hacıyatmaz bir göz qırpımında sürüşüb oyuncaqların yanına düşdülər. Aysu oyuncaqlarını bağrına basdı. Onlar soyuqdan donmuşdular. Onlara başa saldı ki, Ay səmada yemiş dilimi kimi, qutab kimi, qoğal kimi də görünə bilər. Təzə Ay yemiş diliminə bənzəyir, bir az sonra böyüyüb qutab kimi olur. Ay yepyekə olanda isə qoğala oxşayır...

Oxunub 6251 dəfə
Daha çox bu kateqoriyadan: Ağca və cubbulu »