Səhifəni çap et
Çərşənbə axşamı, 13 Yanvar 2015 13:57

QƏHRƏMAN OLUM

QƏHRƏMAN OLUM

Ağatlı oğlan, Cırtdan,

Məlikməmməd, İsgəndər

Nağıl qəhrəmanları,

Dillər əzbəridirlər.

İstəyirəm mənim də

Adım gəzsin dillərdə.

Mən də olum qəhrəman

Yaxşı əməllərimlə!

Haqqın yoluyla gedim,

Xeyirxah işlər görüm.

Qeyrətli oğlan kimi

Hər zaman yadda qalım!

Oxunub 8181 dəfə